Nüfuzlu şiə ruhani Müqtəda Əl-Sədr İraqa qayıtdıqdan sonra ilk çıxışı zamanı tərəfdarlarını Amerikanın işğalına qarşı mübarizəyə çağırıb. Nəcəf şəhərində minlərlə insan qarşısında danışan Əl-Sədr Amerika "yox, yox,yox" deməyə səsləyib. O, iraqlılara zərər verməməyə, yeni hökumətə ABŞ qüvvələrini ölkədən çıxaırmasına imkan yaratmağa çağırıb. Əl-Sədr son üç il İranda yaşayırdı. ABŞ-ın 50 min əsgərdən ibarət hərbi qüvvəsi İraqdadır.
Müqtəda Əl-Sədr İraqa qayıtdıqdan sonra ilk çıxışı zamanı tərəfdarlarını Amerikanın işğalına qarşı mübarizəyə çağırıb
- Amerikanın səsi