Kanadanın Ontario ştatının parlamentində Toronto şəhərinin millət vəkili İran Azərbaycanlı nüvə alimi Doktor Reza Muridi Amerikanın səsinə müsahibəsində bildirib ki, "İran nüvə silahı əldə etməyə çalışır."
Kanadanın Radiasiya Təhlükəsizliyi üzrə Agentliyinin keçmiş rəsmisinin fikrincə, diqqətlə hesabladıqda aydın olur ki, nüvə silahı əldə etmək iqtisadi cəhətdən İran üçün əlverişli deyil. Doktor Müridi deyir ki, iqtisadi nöqteyi nəzərdən, dünyada Almaniya, Kanada, İsveç kimi və başqa məmləkətlər var ki, atom silahı əldə edə bilərlər amma bu ölkələr nüvə gücünə malik olmağa səy göstərmirlər.
Azərbaycanlı alim deyir ki, İranın nüvə proqramı dinc məqsədli olsa onda lazımı avadanlığı beynəlxalq nəzarət altında bu texnologiyaya malik ölkələrdən pulla almaq daha əlverişlidir. Belə ölkələr bunu həyata keçirməyə hazırdırlar.
Toronto şəhərinin millətvəkili deyir ki, bugün dünyada 1100 ton istihsal olmuş nüvə materialları var. O söyləyir ki, bir atom bombası düzəltmək üçün 25 kilo uran və ya 5 kilo Plutonioma ehtiyac var. Cənab Muridi qeyd edir ki, dünyada mövcud nüvə materiallarından kı, onların bir hissəsinə o qədər də yaxşı nəzarət olunmur, bir neçə min bomba əldə etmək olar.
Dr. Muridinin sözlərinə əsasən İran bu məqsədlə milyardlarla dollar xərcləsə də hələ o qudrəti əldə etməyib, yəni atom bombası əldə edə bilməyib. O, əlavə edir ki, İranda dövlət büdcəni xalqa, ölkəyə lazım olan yolla sərf edilməlidir ki, iqtisadi nöqtəyi nəzərdən sərfəli olsun. Kanadada yaşayan azərbaycanlı alim deyir ki, məsələn Urmu gölü quruyur. Əgər bunun qarşısı alınmasa İran Azərbaycanı bir səhraya çevrilə bilər. Alimin fikrincə, İranın pulu varsa gərək əvvəlcə bu gölü xilas etsin. Bu, həm də iqtisadi cəhətdən sərfəlidir. Belə ki, gölün xilası İran xalqının bir hissəsinin yaşayışını təmin edər, iş yerlərinin açılmasına və gölün yaxınlığında yaşayan əhalinin həyat səviyyəsinin qalxmasına kömək edər.