Accessibility links

ABŞ-ın Milli Səhiyyə və Tibb Muzeyi [Video]


Birləşmiş Ştatların ən qocaman muzeylərindən biri 150 il bundan əvvəl açılan Milli Səhiyyə və Tibb Muzeyidir ki, orada Vətəndaş müharibəsindən bəri tibbi texnologiyadan tutmuş, insan orqanlarına qədər müxtəlif eksponatlar nümayiş etdirilir.

ABŞ-ın Milli Səhiyyə və Tibb Muzeyi
please wait

No media source currently available

0:00 0:02:37 0:00
Direct link


Buradakı Siam əkizlərinə siz başqa muzeylərdə rast gələ bilməzsiniz. Onlar Vaşinqton yaxınlığındakı Milli Səhiyyə və Tibb Muzeyində nümayiş etdirilirlər. Bu eksponata baxarkən, tibbin keçmişi və gələcəyini anlamaq mümkündür. Bu eksponatlar dəyərsizdir. Bu cərahiyyə ləvazimatları və mikroskoplardan 1860-cı illərdə xəstəlikləri aşkar etmək üçün istifadə edilib.

Cim Körli muzeydə tarixi eksponatlar üzrə mütəxəssisdir və eksponatların tərtibatı ilə məşğuldur. “Buradakı hər bir eksponatın özünəməxsus unikal hekayəsi var. Mən burada işləməklə böyük imkanlara yiyələnirəm.” deyə, o bildirir.

Muzey özünə şagirdləri və tibb işçilərini daha çox cəlb edir. Onlar muzeydə fil xəstəliyinə tutulmuş insan ayağından tutmuş, müxtəlif infeksiyon xəstəliklərə tutulmuş insan orqanlarını görə bilirlər.

Beş min skelet və illərlə saxlanılan minlərlə insan orqanı da daxil edilməklə,
muzeydə 25 milyon əşya var.

Tim Klark muzeyin icraedici direktorudur. “Bu bizim ilk heyvan astronavtımızın skiletidir. Abel adlı bu meymun 1959-cu ildə fəzaya göndərilmişdi.”

Muzeydə Birləşmiş Ştatlar ordusunda üzərində tibbi sahədə araşdırmalar aparılan nümunələr var. Məsələn, bu güllə ilə 1865-ci ildə prezident Abraham Linkoln qətlə yetirilib. Tim Klark muzeyə gələnləri hərbiçilərin tibb sahəsində etdikləri yeniliklər barədə məlumatlandırmağa çalışdığını deyir. “Tibbin və cərahiyyənin böyük sürətlə inkişaf etdiyi bir vaxt müasir tədqiqatçlıarın işinə döyüş meydanında əldə olunan təcrübələr böyük töhfə verib.”

Bu muzeydə eləcə də zədələnmiş insan beyinləri nümayiş etdirilir. Andrea Şerkolk muzeyin meneceridir. O, deyir ki, muzeydə beyinlərin sərgilənməsi insanların bu orqanda cərəyan edən proseslər haqda məlumat vermək məqsədi daşıyır.

Muzey rəsmiləri daha çox eksponat toplamaqla araşdırmalara və gənc nəslin maariflənməsinə yardım ediləcəyini deyirlər.
XS
SM
MD
LG