Accessibility links

Muson yağışları Hindistan və Pakistanda faciə ilə nəticələnib: 300 ölü


Pakistanın və Hindistanın şimalında böyük bir ərazini təsirinə məruz qoyan Muson yağışları güclü daşqınlarla nəticələnərək 300-dən çox insanın ölümünə və yüzlərlə insanın yaralanmasına, habelə minlərlə sakinin evlərini itirməsinə səbəb olub.

Pakistan rəsmiləri bildirib ki, bu gün ölkədə ölənlərin sayı 143 nəfəri keçib və regionda evlərin böyük əksəriyyərinin damı dağılıb. Hökumət vertolyotlar və qayıqlarla xilasedici dəstələr göndərərək insanların daha təhlükəsiz ərazilərə köçürülməsinə çalışır. Rəsmilər deyir ki, güclü yağışlar və daşqınlar nəticəsində Pakistanda 4 mindən çox ev dağılıb.

Hindistanın şimal sərhədində də oxşar vəziyyət yaşanmaqdadır. Belə ki, rəsmilər ən azı 175 nəfər həlak olduğunu bildirərək regionda yağışların davam etdiyini bildirib. Hindistanın Cammu və Kəşmir ştatları üzrə naziri Ömər Abdulla deyib ki, güclü yağışlar nəticəsində son 20 ilin ən ağır daşqınları qeydə alınıb.

Meteoroloqlar bu gün axşamdan başlayaraq yağışların nisbətən azalacağını proqnozlaşdırıb.

XS
SM
MD
LG