Accessibility links

Myanmanın təhlükəsizlik qüvvələri dəmir yolu işçilərinin yaşadığı məhəlləyə basqın edib


Myanma təhlükəsizlik qüvvələri ölkənin hərbi rejiminə qarşı etirazların ardıcıl davam etdiyi 36-cı günündə Yanqonun tətil edən dəmir yolu işçilərinin yaşadığı məhəlləyə basqın edib.

Tətil edən işçilər fevralın 1-də mülki hökuməti devrilməsindən, ölkənin faktiki lideri Aunq San Suu Çi və digər yüksək vəzifəli şəxslərin həbs edilməsindən sonra hakimiyyəti ələ keçirən xuntaya qarşı digər dövlət qulluqçuları ilə birlikdə vətəndaş itaətsizliyi kampaniyasına rəhbərlik edib.

Dəmir yolu işçiləri çevriliş əleyhinə hərəkatı dəstəkləmək və xuntaya təzyiq göstərmək üçün bazar ertəsi Myanmadakı doqquz həmkarlar ittifaqının iştirak etdiyi nümayişə qatılıb.

Hərbi rəsmilər hakimiyyətin ələ keçirilməsinə haqq qazandırmaq üçün keçən ilin noyabr ayında Demokratiya Uğrunda Milli Liqa-nın (NLD) böyük üstünlüklə qələbə qazandığı ümummilli seçkilərdə saxtakarlıqlar olduğunu iddia edir. Myanmanın Seçki Komissiyası saxtakarlıq iddialarını rədd edir.

Təhlükəsizlik qüvvələrinin getdikcə aqressivləşməsinə baxmayaraq, Myanma boyu çevriliş əleyhinə nümayişlər davam edir. Siyasi Məhbuslara Yardım Təşkilatının bildirdiyinə görə, çevrilişdən sonra azı 60 etirazçı ölürülüb, 1900-dən çox insan həbs edilib.

Xunta ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib. Çevrilişin lideri, ordunun baş generalı Min Aunq Hlainq "həqiqi və intizamlı bir demokratiya" qurulması üçün yeni seçkilərin keçiriləcəyini vəd etsə də, bunun nə zaman baş tutacağı barədə heç nə deməyib.

XS
SM
MD
LG