Accessibility links

Myanma ordusunun mülki əhaliyə qarşı qəddarlığı daha öncə də olub [Video]


Myanma ordusunun mülki əhaliyə qarşı qəddarlığı daha öncə də olub
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Myanma ordusunun Rohinca əhalisinə qarşı son qəddar davranışı dünyanın diqqətindədir. Lakin həmin ordunun etnik mülki əhaliyə qarşı qəddarlığı yalnız son zamanlar baş verən hadisə deyil. Oxşar hadisələr daha öncə də baş verib.

Myanma ordusunun Şan vilayətindəki 300,000-dən çox mülki vətəndaşı köçürməsi kampaniyasından 20 ildən çox vaxt keçib.

Lakin qəddar hərbi hücumlar növbəti illər də davam etdi və Şan vilayəti də daxil olmaqla digər ərazilərdə də minlərlə insanın köçürülməsi ilə nəticələndi.

Lunq Sai Lanq ailəsi ilə bərabər Mərkəzi Şan vilayətindən 2002-ci ildə qaçmasına baxmayaraq, o zaman baş verən vəhşilikləri unuda bilməyib.

Lunq Sai Lanq, Şan vilayətindən məcburi köçkün: “Biz Birma ordusunun gəldiyini eşidəndə, kişilər yoxa çıxdı. Qadınlar və uşaqlar qalmalı idilər. Onlar kişiləri məcburi əməyə apara bilmədiklərindən, qadınları apardılar. Meşə ərazilərdində isə çoxlu zorlamalar oldu.”

Etnik azlıqlar arasında qorxunun yayılması 1962-ci ildən etibarən hərbi idarəetmədə geniş yayılmış bir təcrübədir. Lakin bu barədə sənədlər çox azdır.

2002-ci ildə isə Şan hüquq müdafiə qrupları təhqiqat apararaq, “Zorlama üçün lisenziya” adlı hesabat dərc etdi. Bu hesabatda 1996-cı ildən 2001-ci ilə qədər baş verən 173 zorlama hadisəsi qeyd edilib.

Çamtonq, Şan İnsan Hüquqları fondu: “Bu vəhşiliklər çox utancverici hadisə hesab edilir. Bu yolla yerli icmaları qorxudur, alçaldır və bütün icmaya nəzarət etdiklərini nümayiş etdirirdilər.”

Zorlamalardan müharibə aləti kimi istifadə ittihamları bu günlərdə də çox səslənir. İndi də Rakhayn vilayətində Rohinca etnik azlığına qarşı.

Myanma ordusu iddia edir ki, onların həyata keçirdiyi daxil təhqiqat qoşunların qadınlara qarşı hər hansı zorlama və ya cinsi zorakılıq faktını aşkar etməyib.

Bu, Rakhayn vilayətində araşdırma aparmalarına qadağa qoyulan və yüzlərə qurbanın ifadələrini toplayan insan hüquqları qrupları üçün inanılması çətin olan hekayədir.

Fil Robertson, Human Rights Watch: “Biz mülki əhaliyə qarşı bütün formada edilən qanunsuzluqları qınayırıq. Onlar deyirlər ki, həmin ərazilər çox təhlükəli olduğundan sizi buraxa bilmərək. Ora təhlükəlidirsə, eybi yox, biz bu riski götürüb ora germəyə hazırıq. Lakin biz tam çıxış əldə etməyimizi gözləyirik. Nəzarətsiz çıxış. Birma hökümətinin hər hansı müdaxiləsini qəbul etməyəcəyik.”

Sübutların sayının artmasına baxmayaraq, keçmişdə edilən cinayətlərə görə kiminsə cəzalandırılacağı böyük sual altındadır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG