Accessibility links

Myanmanın son uzun boğazlı qadınları [Video]


Myanmanın son uzun boğazlı qadınları
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Myanmanın son uzun boğazlı qadınları

Yüz illərdir Myanmanın Kayan qadınları boyunlarına gözəllik simvolu olan bürünc halqalar taxırlar. Lakin indi Asiyanın ən fərqli azlıqlarının yeni nəsil qadınları öz əcdadlarının ənənəsini davam etmirlər.

48 yaşlı Mu Tu Myanmanın Kayan bölgəsindən, Kayan icmasının qadınıdır.

Nəsillərdir bu qadınlar burada boyunlarına və bədənin digər hissələrinə bürünc halqalar taxırlar.

Mu Tub bu ağır bəzək əşyasını düzəldib qadınların boynuna taxa bilən az sayda qadınlardan biridir. O deyir ki, qısa dəstləri hazırlamaq daha asanddır. Hər kəsin öz seçimi var. Əgər kimsə ona taxılan halqaları bəyənməsə, onları çıxardıb yenidən başlamaq lazımdır.

83 yaşlı Mariya Xainq uşaqlıqdan öz boynu, biləkləri və dizlərində bu halqaları taxır. O bu halqaları səkkiz yaşından taxdığını söyləyir. Atası ona oğlana oxşadığını deyib və buna görə ona kişilər kimi ov etmək üçün silah alacağını deyib. Lakin Mariya bütün qızlar kimi halqa taxmaq istədiyini deyib.

Mariya heç zaman bu halqaları çıxartmayıb, hətta xörək bişirəndə, yeyəndə və ya işləyəndə də. O deyir ki, bu halqalar rahatdır. İlk əvvəl çətin idi. Lakin indi yaxşıdır. O yemək yediyi zaman yemək asanlıqla boğazından keçir.

Bir zamanlar bütün Kayan qadınları boyun halqalarından istifadə edirdilər, sonra çoxları bu ənənədən uzaqlaşmağa başladılar. Onlardan biri də, Mariyanın nəvəsi Za Za Oo-dur. O bildirir ki, onlar çox ağır və narahatdırlar. Həm də onun halqalar haqda çox məlumatı yoxdu. Buna görə də Za Za onları taxmır.

Məlumdur ki, boyun uzatmaqla yanaşı, bu halqalar körpücük sümüyünü zədələyir və udqunmaqda narahatlıq yaradır.

Mu Tu deyir ki, təhlükəsizlik əsasdır. Əgər halqaları düzgün bağlamasa, kimsə boğula bilər.

Təhlükəsizlik yaxud dəbin dəyişməsi olsun, bu qədim ənənə çoxlu turist və macəra axtaranları buraya cəlb etsə də, bir çox gənc Kayan qadınları bu ənənədən uzaqlaşırlar.

Bələdçi olan Maung Ko Kaw deyir ki, o bura qonaqları gətirəndə, onların buradakı insanların həqiqi hekayəsini bilməklərini istəyir. Bu insanlar onun xalqıdır, niyə onları “insan zooparkı" və ya “zürafə qadınlar” adlandırırlar? Onların adı Kayandır.

Ekserptlər güman edir ki, hazırda bütün Myanma ərazisində 100-dən az uzun boyunlu qadın var. Təqribən on il əvvəl bu rəqəm 300-400 idi. Bəziləri uzun boyunlu qadınlar yoxa çıxdıqdan sonra turistlərin onların məhsullarını almaq üçün hələ də gəlib-gəlməycəyi haqda düşünür.

XS
SM
MD
LG