Accessibility links

Minlərlə insan Myanma hərbi qüvvələrini dəstəkləmək üçün Yanqun küçələrinə çıxıb


Minlərlə insan Rohinca müsəlmanlarına təzyiqlərə görə beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə məruz qalan Myanma hərbi qüvvələrini dəstəkləmək üçün bazar günü Yanqun küçələrinə çıxıb.

Bu ilin avqust ayında Rohinca yaraqlılarının Myanma polisinə hücumundan sonra hökumətin təhlükəsizlik qüvvələri tərəfindən repressiyalara məruz qalan 600 mindən çox Rohinca müsəlmanı Myanmanın şimal Rakxin ştatından Banqladeşə qaçmalı olub.

Bazar günü ordunu dəstəkləyənlər, buddist millətçilər və rahiblər daxil olmaqla, əllərində hərbi liderlərə həsr edilmiş plakatlar tutan minlərlə insan küçələrə çıxaraq, hərbi mahnılar oxuyub.

ABŞ Dövlət Departamenti sözçüsünün bildirdiyinə görə, dövlət katibi Reks Tillerson Myanmar silahlı qüvvələrinin baş komandanı, general Min Aung Hlainglə telefon danışığı zamanı ölkədə artan humanitar böhranla əlaqədar narahatlığını ifadə edib.

ABŞ senatoru Dik Durbin Amerikanın Səsinə müsahibəsi zamanı deyib ki, bir neçə Respublikaçı və Demokrat millət vəkili Myanma səfiri ilə görüşüb və ona ölkəsinin ABŞ-la münasibətinin ölkəsindəki böhranla bağlı olacağını deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG