Accessibility links

Nümayəndələr Palatası 3 trilyon dollarlıq yardım qanun layihəsini qəbul edib


Nensi Pelosi

Demokratlar cümə günü Nümayəndələr Palatasında 3 tirlyon dollarlıq koronavirus yardım paketini qəbul edib. Bu paketin məqsədi hələ də pandemiyanın qarşısını ala bilməyən səhiyyə sistemini və ABŞ iqtisadiyyatının çökməsinin qarşısnı almaqdır.

208-199 səs fərqi ilə qəbul edilən qanun layihəsinin olduğu kimi təsdiqlənməsi mümkün olmasa da, Demokratlar Ağ Ev və Senatdakı respublikaçılarla çətin danışıqlar aparacaqlar. Bu danışıqlar nəticəsində təsdiq olunan hər hansı qanun noyabrda keçiriləcək prezident və Konqres seçkilərindən öncə COVID-19-la əlaqədar olaraq qəbul ediləcək ən son yardım paketi olacaq.

Demokratların irəli sürdüyü bu nəhəng yardım paketi daha öncə təsdiq olunan dörd koronavirus yardım paketindən daha baha başa gələcək. Bu yardım paketi ştat və yerli hökümətləri 1 trilyon dollarla təmin edəcək, insanlara yenidən birbaşa 1200 dollarıq birdəfəlik ödəniş ediləcək, eləcə də işsizlər, kirayə və ipoteka pulu ödəyənlər, universitet borcları olanlar və dövlət poçt xidmətinə yardım ayrılacaq.

Respublikaçılar bu qanun layihəsinin başdan Senatda təsdiq olunmasının mümkün olmadığını və təsdiq olunsa belə Ağ Evin vetosu ilə üzləşəcəyini deyərək məsxərə edirlər.

Partiya liderləri daha öncə təsdiq olunmuş 3 trilyon dollarlıq yardımın nəticələrini və bəzi ştatlarda bizneslərin qismən açılmasının iqtisadi dirçəlişə səbəb olub-olmayacağını görmək istədiklərini deyir.

Respublikaçılar həmçinin aralarındakı ixitilafları həll etməyə çalışırlar və Donald Trampın qanun layihəsinin hansı hissələrini dəstəklədiyini dmeəsini gözləyirlər.

“Dördüncü mərhələ həyata keçiriləcək, Amma Amerika xalqı üçün daha yaxşı yolla həyata keçiriləcək”, Tramp qanun layihəsinə istinadən oval ofisdə müxbirlərə bildirib.

Tramp və Senatın çoxluq lideri Mitç Makkonnel növbəti addımın yenidən açılan bizneslərin məhkəməə verilməkdən qorumaqdır. Prezident həmçinin əmək haqqı vergisinin azaldırlmasını tələb edir, amma respublikaçı liderlər hələ ki, onu dəstəkləmir.

XS
SM
MD
LG