Accessibility links

Nümayəndələr Palatasındakı demokratlar: Trampın hərəkətləri impiçmentə əsas verir


Nümayəndələr Palatasındakı demokratlar: Trampın hərəkətləri impiçmentə əsas verir
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ədliyyə komitəsinə prezident Donald Trampa qarşı impiçment maddələrini tətbiq etməyə çağıraraq, prezidentin vəzifəsindən sui-istifadə etdiyini deyib. Pelosi bu açıqlamaları demokratların nəzarətində olan Nümayəndələr Palatasının Ədliyyə komitəsində prezident Trampın impiçment prosesi ilə bağlı dinləmələrin davam etdirilməsindən bir gün sonra verib. Dinləməyə dəvət edilən konstitusiya hüququ üzrə dörd mütəxəssis prezident Trampın onun impiçmentinə gətirib çıxara biləcək pozuntulara yol verdiyini bildiriblər. Hüquqşünas alimlər Amerika prezidentinin ölkənin maraqları deyil, öz şəxsi maraqlarını üstün tutaraq Ukraynaya təzyiq göstərdiyi fikrincə olduqlarını deyiblər.

Nümayəndələr Palatasındakı demokratlar deyir ki, dəlillər aydındır – prezident Donald Tramp ABŞ-ın Ukraynaya yardımını öz şəxsi siyasi maraqları üçün saxlayıb.

Ədliyyə komitəsinin sədri Cerrold Nadler.

“O bizim təhlükəsizliyimizi və öz vəzifəsini təhlükə altına almağa hazır idi. Prezident Trampın yaxalanmasının və Ukraynanın çox ehtiyacı olduğu yardım üçün fondların nəhayət ayrılmasının əhəmiyyəti yoxdur. Əsas məsələ onun xarici hökuməti bizim seçkilərimizə müdaxilə etməyə cəlb etməsidir.”

Nadler impiçment arasdırmasını üzərinə götürərək, konstitusiya məsələləri üzrə ekspertlərdən Trampın bu hərəkətlərlə andını pozub-pozmadığı və impiç edilməli olub-olmadığını müəyyən etməsini istəyib.

Harvard universitetinin eksperti Noah Feldman.

“Vəzifəsindən sui-istifadə etmək prezidentin öz gücündən, öz vəzifəsinin ona verdiyi böyük nüfuzdan Amerika ictimaiyyəti deyil, öz şəxsi, fərdi, birtərəfli və seçki maraqlarına xidmət etmək üçün istifadə etdiyi zaman baş verir.”

Ekspertlərin bildirdiyinə görə, vəzifəsindən sui-isifadə ağır cinayət və hərəkət hesab edilərək, ABŞ konstitusiyaı ilə impiçment üçün əsas olaraq qeyd edilir.

Şimali Karolina universitetinin eksperti Maykl Gerhardt.

“Əgər bizim danışdıqlarımız impiçmentə əsas vermirsə, deməli impiçmentə heç bir şey əsas vermir. Bu, Konstitusiyanı hazırlayanlar tərəfindən impiçment də daxil olmaqla göstərdiyi hərəkətlərə aiddir.”

Lakin dinləmələrdə iştirak edən bütün ekspertlər eyni fikirdə deyildi. Corc Vaşinqton universitetinin professoru Conatan Törli.

“Mən inanıram ki, bu impiçment nəinki əvvəlki impiçment standartlarına uyğun olmayacaq, həm də gələcək imıpiçmentlər üçün bir təhlükəli presedent yaradacaq.”

Respublukaçılar Trampın hərəkətlərinin motivlərinin onun Ukraynada korrupsiya ilə bağlı narahatlıqları ilə əlaqədar olduğunu bildirir.

Respublikaçı qanunverici Daq Kollins.

“Onun bu ölkə ilə bağlı əvvəlcədən dərin narahatlıqları var idi. Unutmayın ki, o, xarici yardımdan narahat idi, amma bu ölkə ilə bağlı xüsusi narahatlıq var idi.”

Tramp demokratların impiçmentlə bağlı ciddi addımlarının motivləri ilə bağlı sual qaldırıb.

“Bu adamlardan siz az qala soruşmaq istəyirsiniz ki, onlar bu ölkəni sevir, yoxsa yox və bu da çox ciddi məsələlədir.”

2020-ci il prezident seçkilərinin gələn il başlaması ilə Demokratlar təcili hərəkət etməyin vacib olduğunu deyir.

Demokrat qanunverici Erik Svalvel.

“Bizim bu prezident xarici ölkələrdən seçkilərimizə müdaxilə etməsini istəməyə davam edərkən çox vaxtımız yoxdur.”

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi impiçment maddələri üzrə tam tərkibdə səsvermənin keçirilməsi üçün vaxt qoymasa da, hüquqşünas Törli demokratlara sürətli impiçment prosesi ilə bağlı xəbərdarlıq edib.

Corc Vaşinqton universitetinin professoru Conatan Törli.

“Siz çox qısa bir müddət qoymusunuz, olduqca çox informasiya tələb edirsiniz və prezident məhkəməyə müraciət edəndə siz onu impiç edirsiniz. Bu, sizin impiçment haqda eşitdiklərinizlə əlaqədardırmı? Bu, bizim haqqında danışdığımız qanunun aliliyinə uyğundurmu?”

Ədliyyə komitəsinin sədri gələn həftə növbəti dinləmələr təyin edib. Nümayəndələr Palatası isə bu ayın sonuna qədər səsvermə keçirmək istəyir.

XS
SM
MD
LG