Accessibility links

Təbrizli yazar 5 il həbs cəzasını çəkmək üçün məhbəsə göndərilib


Nağı Əhmədi Azər
Nağı Əhmədi Azər

Nağı Əhmədi Azərin Azərbaycan Respublikasına casusluq ittihamı ilə mühakimə edildiyi bildirilir

“Türk dili və Azərbaycan tarixi” və “Məşrutə olayları” kimi kitabların müəllifi Təbrizli yazar və jurnalist Nağı Əhmədi Azərin daha öncə məhkum olduğu 5 il həbs müddətini tamamlamaq üçün yenidən Təbriz Mərkəzi Zindanına göndərildiyi bildirilir.

Güney Azərbaycan Televiziyası, Araz NewsÖyrənci Səsi kimi veb səhifələr bu barədə məlumatı son günlərdə yaysalar da, yazarın həbsinin təqribən 2 həftə öncə həyata keçirildiyini qeyd edirlər.

Məşrutə Olayları (Kitab)
Məşrutə Olayları (Kitab)

“Türk milli fəal 5 il həbs çəkmək üçün nəzarətə alındı” başlığı ilə xəbər yayan Günaz TV Nağı Əhmədi Azərin “İran ərazisində Ermənistana qarşı və Azərbaycan Respublikasının xeyrine casusluq fəaliyyəti aparmaq” ittihamı ilə mühakimə edildiyini yazıb.

İnsan haqları qrupları yazarın 2009-cu ildə nəzarət altına alınıb təqribən 5 aydan sonra müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər. O, daha sonra İran İnqilab Məhkəməsi tərəfindən 5 il həbsə məhkum olub və 10 il boyunca Azərbaycan Respublikasına səfər etməkdən məhrum edilib.

Yayılan məlumata istinadən, Nağı Əhmədi Azərin fars və türk dillərində yazdığı bir neçə əsər o cümlədən, “Türk dili və Azərbaycan Tarixi”, “Məhəmməd Sultan və Təbrizin Miniatür Məktəbi” və “Məşrutə Olayları” kitabları Təbrizdə işıq özü görüb.

XS
SM
MD
LG