Accessibility links

Azərbaycanda törədilən cinayətlərin 12,9 faizi narkotiklə bağlıdır


Ji Bajarokê Elbakê (Başkale) Çend Wêne Travertena
Ji Bajarokê Elbakê (Başkale) Çend Wêne Travertena

2017-ci ilin birinci yarısında Azərbaycanda törədilmiş 13182 cinayətin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Həmin faktların 63,9 faizi narkotik maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 28,2 faizi narkotik maddəni satış məqsədilə saxlama, 6,1 faizi narkotik bitkilərin qanunsuz kultivasiyası, 1,8 faizi güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Bu cinayətləri 1302 nəfər törədib. Onların 89,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 39,4 faizini əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib.

Cinayət törətmiş şəxslərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 8,6 faizi 18-24 yaşlı, 13,9 faizi 25-29 yaşlı gənclər, 77,3 faizi 30 və yuxarı yaşlı şəxslərdir.

Hesabat dövründə müsadirə edilmiş 639,2 kiloqram narkotik maddənin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, 35,1 kiloqramını isə digər narkotik vasitələr təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG