Accessibility links

Polis 10 ton narkotik tərkibli bitkini məhv edib


İyulun 25-də polis əməkdaşları Şəkidə narkotik bitkilərin məhv edilməsilə bağlı tədbir keçiriblər.

Tədbir zamanı 10 tondan artıq narkotik tərkibli çətənə kolu aşkar edilərək məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Əməliyyat Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə Şəkinin Çapağan və Qaxın Qıpçaq kəndləri yaxınlığında aparılıb.

Şəkidə (Bakıdan 352 kilometr şimal-qərb) 37, Qaxda (Bakıdan 402 kilometr şimal-qərb) isə 2 mindən çox çətənə kolu yığılaraq məhv edilib.

XS
SM
MD
LG