Accessibility links

NASA-da tələbələr üçün praktiki məşqlər [Video]


NASA-da tələbələr üçün praktiki məşqlər
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Fəza robotunu dizayn və düzəltmək üçün robot aliminə ehtiyaç var. Luis Parent istehsal mütəxəssisdir. İllinois universitetinin mexaniki mühəndislik fakültəsinin tələbəsi Goddard-da 10 həftəlik iş təcrübəsindən keçəcək.

Luis Parent: Bu demək olar ki mənim indiyə qədər yiyələndiyim ən yaxşı iş təcrübəmdir. Çünki onlar mənə əsl lahiyələrdə işləmək imkanı verirlər.

Digər təcrübədən keçən tələbələr və rəhbərlə ünsiyyətdə olmaq ona bu sahədə kariyera qurması üçün nəyə ehtiyac olduğunu başa salır.

Luis Parent: Mənim kompüter elmləri haqda yaxşı anlayışım olmalıdır. Mən bunu sevmirdim. çünki kompyuter elmləri mənim sahəm deyildi. Ancaq sonra anladım ki, bu, çox vacibdir. Burada applikasiyalar səni daha çox öyrənməyə təşviq edir.

Belə bir transformasiya təcrübəsi NASA maarifləndirmə məktəbinin böyük bir hissəsidir, deyə Qoddard-ın rəhbər müavini deyir. O, 1982-ci ildə fəza uçuş mərkəzi açıldığı vaxt burada təcrübə keçib.

Rik Obensçan: Biz kiçik körpə addımlarla irəliləyirdik. İndiki tələbələr yəqin ki, biz bunu 30-40 dəqiqəyə edərik- deyərlər. Ammabizim üçün bir şeyi araşdırmaq həftələrlə vaxt alardı.”

Qoddard mərkəzinin alimi Cozef Santanello tələbələrə birgə işləyəcəkləri lahiyəni başa salır.

Cozef Santanello: Biz suvarmanı proqnozlaşdırma modelinə daxil edirik. Beləliklə ABŞ-da suvarmanı proqnozlaşdırmaq mümkün olacaq.

NASA kariyerasına təcrübə ilə başlayan Santanello deyir ki, tələbələr iş mühüti üçün əvəzedilməz resusdur.

Cozef Santanello: Biz burada sadəcə elmi deyil, işimizlə, lahiyəmizlə bağlı yeni perspektivlər, İctimaiyyətlə təması öyrənirik.

Tələbə Patrisia Lavston Santanello ilə son üç yay birgə işləyib. O deyir ki, təcrübə onun iqlimşünaslıq üzrə doktorluğuna çox kömək edib.

Patrisia Lavston: Sadəcə kompyuter resusları deyil, burada əldə etdiyim əlaqələr mənə çox kömək edib. Yenidən buraya ikinci, üçüncü yay təcrübəsi üçün gəlmək, binaya daxil olduqda səni adınla çağırdıqları və onlara istənilən sualları vermək, Santanelloya araşdırma ilə bağlı suallarını emaillə göndərərək əlaqə saxlamaq çox yaxşı hissdir.

Bu kimi təlim və əməkdaşlıq alimlər və tələbələrlə yanaşı, ABŞ-ın fəza proqramına da töhvələr verir.

XS
SM
MD
LG