Accessibility links

Natiq Cəfərli həbs edildi


Bakının Nəsimi rayon məhkəməsinə aparılan Natiq Cəfərli barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib.

Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir: "Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir," vəkil deyir. Onun sözlərinə görə, avqustun 14-dən vəkil kimi Natiq Cəfərlinin müdafiəsinə qoşulacaq.

EKSPERT PROKURORLUĞA APARILIB

Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir.

Natiq Cəfərli avqustun 13-də təxminən axşam saat 12 radələrində prokurorluğa aparılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Cavad Cavadlının sözlərinə görə, Natiq Cəfərli ona mesaj yazaraq prokurorluğa aparıldığını bildirib.

İqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O, 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisir. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağırılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.

XS
SM
MD
LG