Accessibility links

NATO Baş Katibi Trampla "çətin" və "sınaqlı" münasibətlərin olduğunu etiraf etdi


NATO Baş Katibi Yens Stoltenberq alyansın baş qərqargahında mətbuat konfransında çıxış edir. Brüssel, Belçika, 14 yanvar, 2021.

NATO Baş Katibi Yens Stoltenberq cümə axşamı alyansın Tramp administrasiyası ilə münasibətinin "gərgin" və keçmiş ABŞ Prezidenti Donald Trampla bəzi danışıqlarının "çətin" olduğunu etiraf edib.

NATO-nun Brüsseldəki qərargahında Belçikanın Baş Naziri Aleksandr De- Kro ilə birgə keçirdiyi brifinq zamanı Stoltenberqdən Tramp administrasiyası ilə münasibətləri və bundan sonra alyansın necə davranacağı sualları verilib.

Stoltenberq NATO ilə keçmiş ABŞ prezidenti arasındakı fikir ayrılıqlarına baxmayaraq, bu cür problemlərin NATO-nu gücləndirdiyini deyib. O deyib ki, ABŞ-ın hər iki partıyası alyansa həmişə dəstək verib və bu hələ də davam edir.

NATO-nun Baş Katibi hazırda NATO ilə ABŞ-ın uzun illər ərzində gördüklərindən daha çox iş gördüyünü deyib.

"İndi təlimlərimiz, ABŞ əsgərimiz, fəaliyyətlərimiz, Avropada Şimali Amerika müttəfiqlərimiz daha çoxdur. Beləliklə, düşünürəm ki, Trans-atlantik əlaqələrin gücü əslində nələr edildiyindən asılıdır," Stoltenberq bildirib.

Stoltenberq Trampın NATO üzvlərinin alyansın müdafiə büdcəsini və hərbi dəstəyini artırmaq tələblərinin müsbət tərəflərinin olduğunu etiraf edib. O, avropalı müttəfiqlərin həm hərbi hazırlıq, həm də müdafiə xərclərini artırdığını deyib.

Belçikanın Baş Naziri Kro da Stoltenberqin dedikləri ilə razılaşıb və Avropanın özünə güvənmək üçün əhəmiyyətli addımlar atdığını deyib. "Avropa üçün daha möhkəm strateji muxtariyyətə sahib olmaq istəyiriksə öz gücümüzü göstərməliyik," o deyib.

XS
SM
MD
LG