Accessibility links

NATO Baltikyanı ölkələrə 4 batalyon göndərməyə razıdır


NATO Rusiya təhlükəsini daha çox hiss edən Polşa, Estoniya, Latviya və Litvaya 4 beynəlxalq batalyonun yerləşdirilməsinə razılıq verəcək. Bu açıqlamanı aliansın baş katibi Yens Stoltenberq bazar ertəsi verib.

“Bu NATO-nun hər bir üzvünü qorumağa hazır olduğu haqda mesajı verəcək,” deyə Stoltenberq bildirib. Onun sözlərinə görə bu batalyonlar NATO komandanlığı altında rotasiya əsasında fəaliyyət göstərəcək.

Danışıqlar NATO-nun iyulun 1-də Polşada Varşavada keçiriləcək sammitindən öncə keçirilir.

Latviya, Litva və Estoniya liderləri NATO-nun ərazidə yerləşdirməyi planlaşdırdığı qüvvələrin Rusiya tərəfindən hücumun qarşısını ala bilmək üçün kifayət olmadığı ilə bağlı narahatlıq bildirib. “Biz bunu istisna edə bilmərik... onlar sərhəd bölgələrində təlim keçirə və bir neçə saat ərzində işğala keçə bilər,” deyə Litvanın müdafiə naziri Juozas Olekas Baltikyanı ölkələrdə Rusiyanın mümkün təcavüzü haqda fikirlərini bildirib.

ABŞ-ın Avropadakı qoşunlarının komandanı Ben Hodges Litva paytaxtı Vilnüsə səfəri zamanı Baltikyanı ölkələrin NATO-nun bölgədə gücü ilə əlaqədar narahatlıqlarını dilə gətirib.

“Bu keçiddir, mən ümid edirəm müharibə döyüş imkanlarına malikdir. Buraya təkcə qarnizonların yerləşdirilməsi təhlükənin qarşısını almayacaq,” deyə Hodges bildirib.

Rəsmi Moskva məsələyə hələ münasibət bildirməyib. Rusiya liderləri dəfələrlə NATO-nu ölkənin sərhədlərinə yaxın bölgələrdə daha çox hərbi qüvvə yerləşdirməkdə ittiham edərək, Rusiyanın milli təhlükəsizliyu və maraqlarını hər bir yolla müdafiə edəcəklərini bildiriblər.

XS
SM
MD
LG