Accessibility links

Navalnıya dəstək aksiyalarında 4000-dən çox adamın saxlanıldığı bildirilir


Polis Moskvada həbsdə olan müxalifət lideri Aleksey Navalnıya dəstək mitinqinin iştirakçısını saxlayır, 31 yanvar, 2021.

Rusiya polisi həbsdə olan Kremlin tənqidçisi Aleksey Navalnı tərəfdarlarının onun azad edilməsi tələbilə ikinci həftəsonu küçələrə çıxaraq etiraz aksiyaları keçirdiyi zaman bazar günü 4000-dən çox etirazçını saxlayıb. Bu haqda monitorinq təşkilatı olan OVD-İnfo məlumat yayıb.

Navalnının tərəfdaşları fevralın 2-də başlanacaq məhkəmə ərəfəsində yenidən ölkə üzrə nümayişlər keçirməyə çağırıb.

Polis əməkdaşları Vladivostokda müxalifət lideri Aleksey Navalnının həbs olunmasına etiraz olaraq keçirilən aksiya iştirakçısını saxlayır, 31 yanvar, 2021.
Polis əməkdaşları Vladivostokda müxalifət lideri Aleksey Navalnının həbs olunmasına etiraz olaraq keçirilən aksiya iştirakçısını saxlayır, 31 yanvar, 2021.

Həbslərə və cinayət istintaqlarına baxmayaraq, ilk etirazlar Sibirdə və liman şəhəri Vladivostok da daxil olmaqla, Rusiyanın Uzaq Şərq bölgəsində keçirilib.

Sibirin şərqində Novosibirskdə minlərlə etirazçı Qara dəniz sahilində Rusiya Prezidenti Vladimir Putin üçün inşa edildiyi hesab edilən iqamətgaha işarə edərək, “Putin, oğrudur!” şüarları səsləndirərək yürüş edib. Polis Novosibirskdə 80-dən çox etirazçını saxlayıb.

Paytaxt Moskvada və ölkənin ikinci böyük şəhəri Sankt-Peterburqda keçirilən aksiyalardan əvvəl 250-dən çox insan saxlanılıb.

Moskva polisi yeddi metro stansiyasının bağlandığını elan edib və piyadaların şəhər mərkəzində hərəkətini məhdudlaşdırıb.

Rəsmilər şəhərin mərkəzindəki bəzi restoran və mağazaların bağlanması və yerüstü nəqliyyatın istiqamətinin dəyişdirilməsi haqda göstəriş verib.

Rusiya müxalifət lideri Aleksey Navalnı Moskvanın Şeremetyevo hava limanında pasport nəzarət məntəqəsində həbs edilməzdən əvvəl, 17yanvar, 2021.
Rusiya müxalifət lideri Aleksey Navalnı Moskvanın Şeremetyevo hava limanında pasport nəzarət məntəqəsində həbs edilməzdən əvvəl, 17yanvar, 2021.

Navalnı avqust ayında Sibirə səfər edən zaman zəhərlənmə nəticəsində müalicə üçün aparıldığı Almaniyada təxminən beş ay müalicə olunub yaxşılaşdıqdan sonra yanvarın ortalarında Rusiyaya qayıtdığı zaman dərhal həbs olunub.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Navalnının həbsini və keçən həftə edilmiş yüzlərlə həbsi qəti şəkildə qınayıb və onların dərhal azad edilməsinə çağırıb.

ABŞ Dövlət Katibi Entoni Blinken bazar günü Twitter səhifəsində yazdığı mesajında “ikinci həftə Rusiya rəsmiləri tərəfindən dinc etirazçılara və jurnalistlərə qarşı sərt taktika tətbiq edilməsini” qınayıb.

Rusiya Xarici İşlər Nazirliyi Blinkenin şərhlərinə reaksiya verərək, bunu “Rusiyanın daxili işlərinə kobud müdaxilə” adlandırıb.

XS
SM
MD
LG