Accessibility links

İndoneziyada Barak Obamaya sui-qəsd hazırlanıbmış


Militantlar İndoneziyanın müstəqillik günü mərasimində habelə ölkə prezidenti, digər ali rəsmilər və xarici qonaqları öldürdükdən sonra müsəlman dövləti elan etməyi planlaşdırıblar

İndoneziya rəsmiləri deyir ki, onlar son reydlər zamanı saxlanılan İslamçı yaraqlıların prezident Susilo Bambanq Yudhoyono və başqa rəsmiləri öldürməyi planlaşdırmasına dair dəlillərə malikdirlər. Milli Polisin rəisi Bambanq Herdanso Danurinin sözlərinə görə, militantlar avqustun 17-də ölkənin müstəqillik günü mərasimində prezidenti, ali rəsmiləri və xarici qonaqları öldürdükdən sonra müsəlman dövləti elan etməyi planlaşdırırlarmış. Kəşfiyyat ekspertləri Qərb mətbuatına bildiriblər ki, hədəflərdən biri də ABŞ prezidenti Barak Obama olub. Belə ki cənab Obamanın gələn ay İndoneziyaya gedəcəyi gözlənilir. Danuri deyir ki, militantlar habelə Cakartada və Yava adasında lüks otelləri ələ keçirməyi və amerikalılar daxil olmaqla, əcnəbiləri öldürməyi planlaşdırıbmış.

XS
SM
MD
LG