Accessibility links

Polis Neşvilldəki partlayışın əvvəlcədən hazırlanmış bir akt olduğunu düşünür


Neşvill Polis İdarəsi Milad bayramı günü səhər tezdən Neşvill şəhərinin mərkəzində baş verən partlayışın əvvəlcədən hazırlanmış bir akt olduğunu düşünür.

Polis sözçüsü Don Aron səhər saat 6: 30-da şüşələri sındıran və binalara ziyan vuran partlayışın "qəsdən törədildiyinə" inandığını deyib. Polis əvvəl partlayışda nəqliyyat vasitəndən istifadə olduğunu düşündüyünü bildirmişdi.

Yaralanan üç nəfər xəstəxanaya aparılıb, lakin onlardan heç birinin vəziyyəti ağır deyil.

Xilasetmə qrupları, Federal Təhqiqar Bürosu, Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosunun (ATF) müstəntiqlərinin də hadisə yerində olduqları bildirilib.

"Hazırda bu, ictimai təhlükəsizlik məsələsidir. Hər kəsin təhlükəsizliyi nəzərə alınmalıdır və yanğının yayılmasının artmayacağından əmin olmalıyıq" - deyə, ATF sözçüsü Maykl Nayt Associated Press agentliyinə bildirib.

Cümə günü səhər saatlarında qara tüstü və alovu Nashvill şəhərinin barlar, restoranlar və pərakəndə satış müəssisələri ilə dolu olan turizm mərkəzinin ərazisində görmək olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG