Accessibility links

Neft Emalı Zavodu yenidən qurulacaq


Mayın 3-də Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə “Air Liquede” şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb. Bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

İmzalanma mərasimində SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D'Elia, şirkətin rəhbər nümayəndələri Jörg Ott, Benjamin Bugeat, eləcə də NQENKK və “SOCAR KBR” şirkətinin nümayəndələri iştirak edib.

Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domenico D'Elia imzalayıb.

Mərasimdə NEZ-in yenidən qurulması layihəsindən ətraflı danışılıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 %) təchizatının təmin edilməsi məqsədi ilə “Air Liquide” şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Xatırladaq ki, baş ofisi Fransanın Paris şəhərində “Air Liquide” şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG