Accessibility links

Neft bazarında qiymətlər dəyişkən olaraq qalır [Video]


Neft bazarında qiymətlər dəyişkən olaraq qalır
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Neft bazarında qiymətlər dəyişkən olaraq qalır

Son zamanlar neft qiymətləri dəyişkəndir və iki il davamlı olaraq düşəndən bəri qalxmağa başlayıb. Xam neft təchizatı ilə enerji tələbatı arasındakı balans külək və günəş enerjisindən gələn rəqabətin artması, neft istehsal edən bəzi ölkələrdə yaşanan iğtişaş və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvlərinin hasilatı məhdudlaşdırmaqla bağlı razılaşma əldə etməsi səbəbilə sarsılıb. Bir təhlilçi qiymətlərin artdığını və bu tendensiyasının müəyyən bir zaman ərzində davam edəcəyini deyir.

Qlobal hasilat qlobal istehlakdan çoxdur, ona görə də biz bazarda satılmamış neftin həcmi artığını müşahidə edirik ki, bunun nəticəsində də neft qiymətləri azalıb. Təchizat və tələb getdikcə tarazlaşdıqca, satılmamış neftin həcmi də azaldıqca bu, bazara hasilatı artırmaq siqnalını göndərəcək
Hanna Breul

Son bir neçə il ərzində sürücülər benzin üçün daha aşağı qiymət ödəyirdilər, çünki neft hasilatı tələbatdan çox yüksək idi.

İzafiliyə səbəblərdən biri frekinq adlanan şist neft əməliyyatlarının genişlənirilməsi ilə ABŞ xam nefti hasilatının artmasıdır.

ABŞ Enerji İnformasiya Agentliyindən Hanna Breul deyir ki, hazırda neft izafiliyi azaldığı üçün qiymətlər artır.

“Qlobal hasilat qlobal istehlakdan çoxdur, ona görə də biz bazarda satılmamış neftin həcmi artığını müşahidə edirik ki, bunun nəticəsində də neft qiymətləri azalıb. Təchizat və tələb getdikcə tarazlaşdıqca, satılmamış neftin həcmi də azaldıqca bu, bazara hasilatı artırmaq siqnalını göndərəcək,” deyə o bildirir.

Frekinqçilər üçün aşağı qiymətlər sərmayeni ləngidib. Breul deyir ki, şist quyularındakı hasilatı davam etdirmək üçün bu, çox vacibdir. O deyir ki, artan qiymətlər şist neft istehsalçılarına qazma işləri və digər bahalı əməliyyatları davam etdirməyə və hasilatı artırmağa yardım edəcək.O, həmçinin neftə olan tələbatın uzun müddətdə artacağının gözlənildiyini deyir.

Bu arada isə, OPEC üzvləri, eləcə də Rusiya kimi OPEC-ə üzv olmayan ölkələr hasilatı məhdudlaşıdrmaq üçün razılıq əldə ediblər.

Aleksandr Novak Rusiyanın enerji naziridir.

“OPEC son qərarını almadan öncə, biz bir neçə fərqli variant eləcə də OPEC-ə üzv olan və olmayan ölkələrin ortaq razılığa gəlmək mexanizmləri üzərində işləyirik,” deyə o bildirir.

Razılıqla bağlı xəbər neft qiymətlərini barelinə 50 dollaradək artırdı. Daha öncə isə neft barrelinin dəyəri 100 dollardan 30 dollara düşmüşdü. OPEC kartelinin hasilatı azaltmaq və hansı ölkənin hasilatı nə qədər azaldacağı ilə bağlı aparılan çətin danışıqların detallarını müzakirə etmək üçün noyabrın sonunda bir araya gələcəyi gözlənilir. İraq daxil olmaqla, bir neçə OPEC ölkəsi kvota kəsiklərində imtiyazlar tələb edir.

Alternativ enerji istehsalçıları da məşğuldur. Beynəlxalq Enerji Agentliyinin bildirdiyinə görə, 2015-ci ildə günəş enerjisi qurğularının sayı artıb, hər gün yarım milyon günəş panelləri quraşdırılıb. Külək enerjisi müəssisələri də artıb və il ərzində hər saat iki külək turbinləri quraşdırılıb.

Beynəlxalq Enerji Agentliyi deyir ki, küləkdən elektrik enerjisi istehsal etməyin qiyməti 2010-cu ildən üçdə bir, günəş enerjisinin qiyməti isə daha da çox azalıb.

XS
SM
MD
LG