Accessibility links

ABŞ-ın neft hasilatını artırması qiymətlərin düşməsi ilə müşayiət olunur


Neft qiymətləri düşməkdə davam edir. Buna səbəb ABŞ-ın 10-cu həftədir neft qurğularının sayını artırması ola bilər.

Brent xam neftin göstəriciləri 60 sent aşağı düşməklə bir barrel neft qiymətini 46 dollar 90 sent edib. Amerikada isə bu göstərici 65 sent düşməklə, bir barrel neftin dəyərini $44.72-ə endirib.

OPEC təxminlərinə görə, qeyri-kartel rəqiblərin neft hasilatı gələn il gözlənildiyindən daha çox artmalıdır. Bu isə proqnozlaşdırılan hasilatın data yüksək olacağı deməkdir.

Sentyabrın 8-dən dəyərlərin 6 faiz enməsi ilə bir barrel neftin qiyməti orta hesabla $50 təşkil edib.

Neft qiymətlərinə ABŞ dollarının güclənməsi də təsir göstərib.

CMC Marketin strateqi Casper Lolerin dediyinə görə, bu baxımdan neft satışından əldə edilən gəlirlər də artıb.

Dolların möhkəmlənməsi ilə qeyri-amerikalı investorlar xam neft kimi dollardan asılı aktivlərdən bəhrələnir. Bu nisbətdə bu ay ötən ayla müqayisədə daha neqativ göstəricilər əldə edilib. Belə ki, bu iki faktor biri-birinə əks istiqamətdə hərəkət edə bilər.

OPEC təxminlərinə görə, qeyri-kartel rəqiblərin neft hasilatı gələn il gözlənildiyindən daha çox artmalıdır. Bu isə proqnozlaşdırılan hasilatın data yüksək olacağı deməkdir.

ABŞ-ın neft bazarında nəhəng fiqura çevrilməsi qlobal yanacaq qiymətlərinə əhəmiyyətli təsir göstərib.
ABŞ-ın neft bazarında nəhəng fiqura çevrilməsi qlobal yanacaq qiymətlərinə əhəmiyyətli təsir göstərib.

Səudiyyə Ərəbistanı da daxil edilməklə, qurumun əsas üzvləri hasilatın dondurulması məsələsini nəzərdən keçirəcəklərini bildirib. Baxmayaraq ki, bunun yaxın zamanda praktiki tətbiqi baş tutmaya bilər.

Ötən həftə birjalarda investorlar neft qiymətlərinin bahalaşacağı ümidi ilə benzinlə bağlı külli miqdarda səhm alıblar.

XS
SM
MD
LG