Accessibility links

İran gəmisinin azad ediləcəyini deyir, Britaniya təkzib edir


İran Britaniyanın saxladığı 'Grace 1' neft tankerinin yaxın zamanda azad ediləcəyini bəyan edib. İyulun 4-də Britaniya dənizçilərinin İran tankerini saxlaması İran və Qərb arasında gərginlikləri artırmış, iranlıların az sonra Britaniyaya məxsus tankeri ələ keçirməsinə yol açmışdı.

Lakin Britaniya hökumətinin Cəbəllütariq ərazisindəki mənbələri İranın bəyanatının doğru olmadığını bildirib.

Britaniya rəsmiləri iranlıların bəyanatlarını təkzib edir.

Tehran öz gəmisinin iyulun 4-də ələ keçirilməsinə etiraz edərək Avropanın sanksiyalarına baxmayaraq Suriyaya qeyri-qanuni neft daşıdığına dair ittihamları rədd edib.

İRNA xəbər agentliyi İranın Liman və Dəniz Donanması Təşkilatının sədr müavini Cəlil Eslamiyə istinadən bildirib ki, Britaniya sənədlərin mübadiləsi ilə 'Grace 1' tankerinin azad ediləcəyini nəzərdən keçirir.

İranın yarı-rəsmi Fars xəbər agentliyi isə adları açıqlanmayan Cəbəllütariq rəsmilərinə istinadən tankerin çərşənbə axşamı azad ediləcəyini bildirib. Hərçənd ki, rəsmilər əvvəllər gərginliyin azaldımasında maraqlı olduqlarını bildiriblər, onlar xəbəri təkzib ediblər.

ABŞ-ın rəhbərliyi altında hərbi dəniz donanması İran körfəzində üzən ticarət gəmilərini İslam Respublikasının mümkün hücumlarından qoruyacaq.
ABŞ-ın rəhbərliyi altında hərbi dəniz donanması İran körfəzində üzən ticarət gəmilərini İslam Respublikasının mümkün hücumlarından qoruyacaq.

Bu arada Britaniya hərbi gəmisi ticarət gəmilərinin körfəzdə qorunması məqsədilə ABŞ-ən rəhbərlik etdiyi qoruma missiyasına qoşulmaq üçün regiona yola düşüb.

Britaniya gəmisi ABŞ hərbi gəmiləri ilə birgə İran körfəzində tankerlərin qorunmasına xidmət göstərəcək.

XS
SM
MD
LG