Fövqəladə Hallar Nazirliyi (FHN) Nepalda baş vermiş təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi və humanitar yardımın göndərilməsi istiqamətində iş aparır.
Bu barədə FHN-nin mətbuat xidməti yayıb.
Məlumta görə tapşırıq Azərbaycan prezidentindən gəlib.
Nazirlik əlavə informasiya veriləcəyini qeyd edir.
Aprelin 25-də Nepal Federativ Demokratik Respublikasının ərazisində 7.8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 3 mindən çox insan ölüb, 6 mindən çox yaralı var.