Accessibility links

Bir neçə Avropa ölkəsi rusiyalı diplomatları ölkədən çıxarır


Vopke Hoekstra
Vopke Hoekstra

Niderland çərşənbə axşamı 17 Rusiya diplomatını ölkədən çıxardığını elan edəndən sonra daha bir neçə Avropa ölkəsi eyni addımı atır.

Belçika çərşənbə axşanı 21 rusiyalını, Çex Respublikası bir, İrandiya isə dörd rəsmini ölkədən çıxardığını biildirib.

“Biz müttəfiqlərimizlə birlikdə Rusiya kəşfiyyatının Aİ-dakı mövcudluğunu azaldırıq,” Çexiya Xarici İşlər Nazirliyi deyib.

Polşa ötən həftə 45 Rusiya rəsmisini ölkədən çıxarıb.

Niderlandın xarici işlər nazirliyi bildirib ki, diplomatların ölkədən çıxarılmasına səbəb onların “gizli şəkildə kəşfiyyatçı kimi fəaliyyət göstərdiyini” göstərən məlumatdır.

Nazirlik əlavə edib ki, “Niderlanda qarşı kəşfiyyat təhlükəsi yükək olaraq qalır. Rusiyanın hazırkı münasibəti bu kəşfiyyatçıların mövcudluğunu arzuolunmaz edir.”

Nazirlik bildirib ki, bu addımı bir neçə başqa ölkə ilə məsləhətləşdikdən sonra atıb.

Niderlandın Xarici işlər naziri Vopke Hoekstra deyib ki, ölkəsi Moskvanın Rusiyadakı niderlandlı rəsmilərə qarşı qisas tədbirləri gördüyü halda buna hazırdır.

Daha öncə Birləşmiş Ştatlar, Bolqarıstan, Slovakiya, Estoniya, Latviya, Litva və Monteneqro da oxşar addımlar atıb.

XS
SM
MD
LG