Accessibility links

Nigeriyanın şimalında 20 yaraqlı öldürülüb


Nigeriyanın təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində hərbi bazaya hücumun qarşısını alınan zaman 20 yaraqlının öldürüldüyünü bildirib.

Ordunun sözçüsü Sagir Musa hərbi bazaya bazar günü hücum zamanı qətlə yetirilən yaraqlıların Boko Haram qrupunun üzvləri olduğunu bildirib. Onun sözlərinə görə, yaraqlılar bazaya hücuma cəhd göstərən vaxt baş verən atışma zamanı qətlə yetirilib. O, mülki vətəndaşlar, ya da Nigeriya təhlükəsizlik qüvvələrində tələfatın olub-olmadığı haqda məlumat verməyib.

Boko Haram Nigeriyada zorakı əməliyyatlara 2009-cu ildə başlayıb. Qrupun məktəblər, kilsələr, hökumət binaları, bazarlar, qəzet redaksiyaları və BMT-nin yerli ofislərində həyata keçirdiyi hücumlar nəticəsində təxminən 3 min insanın həlak olduğu bildirilir.

Boko Haram qrupunun bəzi üzvləri Nigeriyada islam qanunlarının həyata keçirilməsinə çalışdığını, digərləri isə əsas məqsədin Nigeriya təhlükəsizlik qüvvələrinə qarşı müharibə aparmaq olduğunu deyir.
XS
SM
MD
LG