Accessibility links

Nigeriyada kilsəyə hücum olub


Nigeriya rəsmiləri bildirir ki, ölkənin cənub-şərqində kilsəyə hücum nəticəsində 11 nəfər ölüb, 8 nəfər yaralanıb.

İlk öncə şahidlər hücumun ən azı iki silahlı şəxs tərəfindən həyata keçirildiyini bildirsə də, daha sonra Anambra ştatının polis komissarı Qarba Umar bazar günü Müqəddəs Filip Katolik Kilsəsinə bir nəfərin hücum etdiyini deyib.

Anambra ştatının qubernatoru Villi Obiano deyib ki, hücuma səbəb Nigeriyadan kənarda yaşayan yerli icma üzvləri arasındakı düşmənçilikdir.

Nigeriyanın cənub-şərqində əksərən xristianlar yaşayır, bu hücum isə kilsəyə qarşı edilən nadir zorakılıq hallarından biridir.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Polis isə hücumun arxasında Boko Haram militanltlarının durduğunu düşünmədiyini bildirir.

İslamçı qiyamçı qrup olan Boko Haram 2009-cu ildən bəri Nigeriyada 20 mindən çox insanı öldürərək, dünyanın ən böyük humanitar böhranına səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG