Accessibility links

Nigeriyada ərəb məktəbinə atılan bomba 7 adamın yaralanmasına səbəb olub


Nigeriyada ərəb məktəbinə atılan bomba 7 adamın yaralanmasına səbəb olub
Nigeriyada ərəb məktəbinə atılan bomba 7 adamın yaralanmasına səbəb olub

Nigeriya polisinin bildirdiyinə görə, ərəb məktəbinə atılan bomba 7 adamın yaralanmasına səbəb olub. Hadisə ölkə boyu kilsələrə qarşı hücumlardan bir neçə gün sonra baş verib .Delta ştatında həyata keçirilən bu hücum nəticəsində yaralananların altısı uşaqdır.

Bazar günü Milad bayramında 4 bomba hücumu nəticəsində 39 adam həlak olmuşdu. Radikal müsəlmanların Boko Hərəm təriqəti hücumun məsuliyyətini üzərinə götürüb. Xristinalar bu hücumların din müharibəsinə yol aça biləcəyi barədə xəbərdarlıq verib.

Xristianların əksəriyyət təşkil etdiyi Cos çəhəri yaxınlığındakı bir kənddə bir qız uşağı ilə valideynləri öldürülüb. Cos müsəlmanlarla xristianların tez-tez toqquşduğu bölgələrdəndir. Hücumun müsəlman tayfaları tərəfindən həyata keçirildiyindən şübhələnilir.

Boko Hərəm qrupu İslam ölkəsi yaratmaq istəyir. Nigeriyanın 150 milyonluq əhalisi xristianlarla müsəlmanlar arasında tən bölünüb.

XS
SM
MD
LG