Accessibility links

ABŞ Nikaraquanı sanksiyalarla vura bilər


Ağ Ev Venesuela və Kubaya qarşı yeni məhdudiyyətlər elan etdikdən sonra Nikaraquanı da sanksiyalarla hədələyir.

ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton cümə axşamı Mayami şəhərindəkı çıxışı zamanı belə deyib "Birləşmiş Ştatlar artıq bu yarımkürədə, bizim sahillərə yaxındakı diktatorlara və despotlara göz yummayacaq."

Bu yarımkürədə tiraniya üçlüyü - Kuba, Venesuela və Nikaraqua nəhayət özlərinə rəqib tapıblar.

“Bu yarımkürədə tiraniya üçlüyü - Kuba, Venesuela və Nikaraqua nəhayət özlərinə rəqib tapıblar," deyə Con Bolton bildirib.

Con Bolton Kubanın digər 20 şirkətinə amerikalılarla ticarət əlaqəsinə qadağa qoyulduğunu deyib.

Venesuelaya qarşı yeni sanksiyalar ölkənin qızıl bazarını hədəf alıb. ABŞ vətəndaşlarına və şirkətlərinə Venesuela ilə qızılla əlaqədar hansısa biznes etmələrinə qadağa qoyulub.

XS
SM
MD
LG