Accessibility links

Nikol Paşinyanın partiyası parlament seçkilərində qələbə əldə edib


Ermənistanın islahatçı lideri Nikol Paşinyan bazar günü keçirilən parlament seçkilərində böyük səslə qələbə əldə edib. Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 70 faizindən çoxunu əldə edib. İkinci yeri 9 faiz səs azlığı ilə Firavan Ermənistan Partiyası tutub.

"Bizim parlamentdə mütləq çoxluğu əldə edəcəyimiz və istədiyimiz islahatları həyata keçirəcəyimiz aydın idi. Ermənistan xalqının etibarını qazanan partiyamızın, koalisiyamızın əksəriyyət əldə edəcəyinə şübhə yox idi"- deyə, Paşinyan deyib.

Ermənistan xalqının etibarını qazanan partiyamızın, koalisiyamızın əksəriyyət əldə edəcəyinə şübhə yox idi.

Sabiq qəzet redaktoru, fəaliyyətlərinə görə həbsdə olan Paşinyan Rusiya ilə münasibətlərin yaxşılaşdıracağı və korrupsiya ilə mübarizə aparacağına söz verib. O, Avropa İttifaqı və ABŞ-la da yaxın əlaqələr quracağını vəd edib.

43 yaşlı Nikol Paşanyan may ayında hökumətə qarşı genişmiqyaslı etrazlardan sonra baş nazir və sabiq prezident Serj Sarqsyanın gözlənilməz istefasından sonra hakimiyyətə gəlib.

Paşinyan daha sonra istefa verərək, parlamentin növbədənkənar seçkilərini təmin edib. Lakin baş nazir vəzifəsini icra etməkdə davam edib.

Ermənistanda baş qaldıran etiraz dalğası uzun müddət hakimiyyətdə olmuş Serj Sarqsyanın istefasına yol açdı.
Ermənistanda baş qaldıran etiraz dalğası uzun müddət hakimiyyətdə olmuş Serj Sarqsyanın istefasına yol açdı.

Sargsyanın Respublikaçılar Partiyası səslərin 4.56 faizini qazanıb. Bu rəqəm parlamentə daxil olmaq üçün tələb olunan 5 faizə yetmir.

Ermənistan konstitusiyasına əsasən parlamentdə 30 faiz yer müxalifət üçün saxlanılır. Beləliklə mümkündür ki, Respublikaçılar Partiyası parlamentdə təmsil oluna bilsin.

XS
SM
MD
LG