Accessibility links

“First Man” – “İlk İnsan”


“First Man” – “İlk İnsan”
please wait

No media source currently available

0:00 0:02:57 0:00

“First Man” – “İlk İnsan”

1969-cü il iyul ayının 20-də dünya televiziya ilə Amerika kosmonavtı Nil Armstronqun Aya enərək, Amerika bayrağını torpağa sancdığını görüntülərə ağ-qara rənglərdə baxıb. Yeni, “First Man” – “İlk İnsan” bioqrafik filmdə isə tarixi “Apollo-11” fəza gəmisi ilə fəzaya missiyasını yerinə yetirən bu insanın həyatı, cəsarəti və macəra dolu ruhunu görmək olur.

Demian Çazel iki saat yarımlıq “First Man” – “İlk İnsan” filmində “Apollo 11”-in Aya enməsinin əlamətdar anını görmək olur. Səs, musiqi və yaxından çəkilən görüntülərdən istifadə edən rejissor tamaşaçını insanın Aya ilk addımın çətin təlimləri,texniki nasazlıq səbəbi ilə həyat itkisi və özəl qurbanlar verilməsinə aparır.

Aktyor Rayan Qoslinq “Apollo-11”i böyük risk qarşısında Aya endirəcək Nil Armstronq rolunu ifa edir. Soyuqqanlı, güclü, ağıllı, həyat yoldaşının bu missiyadan geri qayıtmayacağı ehtimalı olsa belə, onu dəstəkləyən Canet Armstronqu isə Kleyr Foy oynayır.

Filmin premyarsı paytaxt Vaşinqton yaxınlığındakı “Hava və Fəza Muzeyi”ndə keçirilib. Aktyor Rayan Qoslinqi ətrafdakı təyyarələr və fəza gəmiləri heyran edib. “Filmin premyerasının burada keçirilməsi gözəl fikirdir. Bura bunun üçün əla yerdir. Mən buraya ilk dəfədir gəlirəm və onları görmək imkanım olacağına ümid edirəm.”

“Bu missiya həmin şəxs və onun ailəsi üçün ilk təcrübə idi. Bu, unikal bir təcrübə idi" deyə, Kleyr Foy bildirir.

Demian Çazel deyir ki, o, 1961-ci ildən 1969-cu ilədək kosmonavtların, xüsusilə Nil Armstronqun həyatından, belə bir missiyaya ailə üzvləri ilə birlikdə ruhən və fiziki olaraq necə hazırlaşdıqlarından bəhs edən portretini çəkmək istədiyini deyib.

Lakin filmin tənqidçiləri də olub. Senator Ted Kruz özünün Tweeter səhifəsində Nil Armstroqun Amerika bayrağını Ayın səthinə yerləşdirməsi kimi tarixi anı göstərmədiyi üçün tənqid edib. “Hollivud Aya yerləşdirilmiş Amerika bayrağını göstərmir. Bu yanlışdır və bu, Amerikanın istisnalığını inkar edən solçuların fikridir.”

Rejissor isə bu tarixi mənzərəni təsvir etməmək qərarının tamamilə estetik olduğunu, bunun əvəzində Armstronqun daxili hisslərini və uzaq məsafədən dünyanın onun bayrağını gördüyünü bildirib.

XS
SM
MD
LG