Accessibility links

Şinzo Abe ilə Tramp Şimali Koreyanın təhdidlərini müzakirə edib


Yaponiyanın baş naziri Şinzo Abe deyib ki, o və ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə raketlərindən istifadə etməsinin qarşısını almağın onların başlıça məqsədi olduğu məsələsində həmfikirdirlər.

Abe Tokioda müxbirlərə deyib ki, o və Tramp razılığı telefon danışığı zamanı əldə edib.

“Eyni zamanda, hər ehtimala qarşı hazırlıq məqsədi ilə biz güclü ABŞ-Yapon alyansından istifadə edərək, Yaponiya xalqının təhlükəsizliyini təmin etmək məqsədilə almaq üçün yüksək səviyyədə monitorinq keçirib, raketlərdən müdafiə sistemlərini yerləşdirəcəyik” - deyə baş nazir bildirib.

İki müttəfiq arasında dialoq Şimali Koreya lideri Kim Conq Unun ABŞ-ın Quam adasına raket hücumu həyata keçirməsini təxirə salacağını deməsi ilə eyni vaxta təsadüf edib.

ABŞ müdafiə naziri Cim Mattis Şimali Koreyaya xəbərdarlıq edərək bildirib ki, ABŞ ərazisinə qarşı hər hansı raket hücumu qısa zamanda müharibəyə çevrilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG