Accessibility links

Şimali Koreya lideri ənənəvi Yeni İl müraciəti edib


Ənənəvi Yeni İl müraciətində Şimali Koreya lideri Kim Conq Un deyib ki, ABŞ Şimali Koreyanın nüvə proqramının reallıq olduğunu başa düşməlidir.

“Bütün ABŞ ərazisi bizim nüvə hücumumuzun hədəfindədir və hücum üçün əmr düyməsi mənim ofisimdə, masanın üzərindədir. Onlar anlamalıdır ki, bu təhdid deyil, reallıqdır”- deyə, Kim Conq Un bildirib.

Kimin ənənəvi Yeni İl müraciəti hər kəs tərəfindən yeni ildə onun tutduğu istiqamət və prioritetlərin nədən ibarət olduğu kimi qiymətləndirilir.

Ötən il Kim və ABŞ prezidenti Donald Tramp arasında bir neçə dəfə şifahi mübahisə yer alıb. Tramp Şimali Koreyanı ABŞ-ı təhdid etdiyi təqdirdə `yanğın və qəzəblə qarşılaşacağını`deyib.

Pxenyan isə buna Yaponiya üzərindən iki uzunmənzilli raket və altı nüvə hücumu sınaqdan keçirməklə cavab verib.

XS
SM
MD
LG