Azərbaycanda Novruz bayram qabağı qiymətlərdə bahalaşma müşahidə olunur.
ANS PRESS Agentliyinin məlumatına görə, meyvələrin qiymətləri daha çox bahalaşıb. Bir neçə gün əvvəllə müqayisədə qiymətlər 50 qəpikdən 1 manatadək artıb.
Pərakəndə satış bazarlarında qoz ləpəsi 10-18, fındıq 10, şabalıd 6-8, kişmiş 6-7, xurma, innab, iydənin qiyməti eynidir, 3-4 manatdır. Ərik qurusu 6-7, gavalı turşusu 8-12 manatdır.
Meyvələrin qiymətinə gəldikdə: alma 1,50 - 3 manat, armud 3-3,50 manat, portağal 3, heyva 3 manatdır
Tərəvəzlərin qiymətində də dəyişiklik olub. Pomidor 2 - 4, xiyar 2-4, kartof 1-1,20, soğan 1 manatdır.
Ötən ilin cari dövrü ilə müqayisədə qiymətlər 50 faizə qədər qalxıb. Məsələn, ötən il 6-8 manata satılan qoz ləpəsi indi 10-12 manat, hətta 18 manatdır. Kişmiş ötən il 4 manat idisə, bu il 6-7 manatdır.