Accessibility links

Bayramda 7 mindən artıq Azərbaycan vətəndaşı Ərdəbilə səfər edib


Bakı və Van kimi şəhərlərə turist axını artıb

Ərdəbil vilayəti Mədəniyyət və Turizm İdarəsinin sədr müavini Novruz bayramı günlərində 7 mindən artıq Azərbaycan Respublikası vətəndaşının Ərdəbilə daxil olduğunu bildirərək bu rəqəmin keçən illə müqayisə 17 faiz artdığını qeyd edib.

Qadır Tağızadənin sözlərinə görə, Novruz bayramı münasibətilə martın 17-dən 23-nə qədər 7375 turist Azərbaycan Respublikasından Ərdəbil vilayətinə səfər edib.

İRNA xəbər agentliyinin yaydığı məlumata əsasən, builki bayramda İranın başqa bölgələrindən Ərdəbilə səfər edənlərin sayı keçən illə müqayisədə 23 faiz azalıb. Novruz bayramında ölkənin digər vilayətlərindən təqribən 45 min müsafir Ərdəbilə gedib.

Qərbi Azərbaycandan minlər turist Türkiyənin Van şəhərinə daxil olub
Qərbi Azərbaycandan minlər turist Türkiyənin Van şəhərinə daxil olub

İran xəbər agentlikləri həmçinin bayram tətillərində İrandan Azərbaycan Respublikasına səfər edənlərin sayının kəskin artdığını bildirir.

Novruz bayramı günlərində xaricə səfər edən İran Azərbaycanı əhalisinin əsas məqsədi Bakı və Van kimi şəhərlərdir.

Türkiyə mediası İranda 13 günlük Novruz tətilləri başladıqdan sonra hər gün minlərlə turistin Qərbi Azərbaycan vilayətindən Türkiyəyə daxil olduğuna dair məlumat yayıb. Vanlı mağaza sahiblərinin turistlərə üçün böyük sərgilər təşkil etdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG