ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən Milli Təhlükəsizlik Agentliyinin podratçısı təşkilata məxsus məxfi məlumatları götürdüyü üçün həbs edilib.
Martin günahkar bilinərsə, onu xüsusi məlumatları əldə etdiyi üçün bir il, dövlət mülkiyyətini oğurladığı üçünsə 10 ilədək həbs gözləyir.
51 yaşlı Harold Tomas Martin avqust ayının sonunda həbs olunub. Yayılan məlumatda deyilir ki, Martin bundan öncə dövlət tərəfindən yoxlanılmışdı.
The New York Times qəzetinin yazdığına əsasən Martin Rusiya, Çin, İran və Şimali Koreya hökumətlərinin kompyuter sisteminə daxil ola bilməsi üçün Milli Təhlükəsizlik Agentliyindən xüsusi kodları oğurlamaqda şübhəli bilinir. O, dövlət podratçısı Booz Allen Hamilton şirkətində işləyirdi.
Ədliyyə Nazirliyi Martinin oğurladığı məlumatlardan istifadə edilib-edilmədiyi ilə bağlı açıqlama verməyib. Məlumatlar Martinin evində axtarış aparılan zaman müəyyən edilib.
Martin günahkar bilinərsə, onu xüsusi məlumatları əldə etdiyi üçün bir il, dövlət mülkiyyətini oğurladığı üçünsə 10 ilədək həbs gözləyir, deyə Ədliyyə Nazirliyi bildirib.