Accessibility links

Nusr-Et Maduroya baş ağrısı olub [Video]


Nüsrət Gökçe və Maduro
Nüsrət Gökçe və Maduro

Venesuelanın prezidenti Nikolas Maduronun İnternetdə yayılmış videosu dünyanın müxtəlif yerlərində qəzəb doğurub. Qəzəbin səbəbi ölkədə yoxsulluğun sürətlə artdığı bir zaman Maduronun dəbdəbəli restoranda steyk yeməsi olub.

Tənqidlər Maduroya çərşənbə axşamı restoranın sahibi və baş aşpazı Nüsrət Gökçeyə ehtiramlarını göndərməyə mane olmayıb. Prezident İstanbulda Nusr-Et restoranında yaxşı vaxt keçirdiyini bildirib. Bu restoranda sifarişin qiyməti bir neçə yüz dollara dəyində ola bilər.

Venesuelanın siyasi müxalifəti deyir ki, Maduronun bu addımı onun ölkədəki böhrana əhəmiyyət verməməsinin göstəricisidir. Venesualada son illərdə müşahidə edilən iqtisadi böhran milyonlarla insanın ehtiyac içində olmasına, onların qida və dərmanlar üçün xarici ölkələrə köçməsinə səbəb olub.

Miami Herald qəzərində bu yaxınlarda çap edilən sorğunun nəticələri venesuelaləlarən 30 faizinin gündə yalnız bir dəfə yemək yediyini və 10 venesuelalıdan səkkizinin kifayət qədər qida tapmaqda çətinlik çəkdiyini aşkarlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG