Nyu Orleans şəhəri və ətrafında baş verən Katrina qasırğasından on ildən çox vaxt keçib. Dağılan infrastruktur və evlərin əksəriyyəti bərpa olunub. Şəhərdə ticarət, kommersiya və turizm artır. Bundan əlavə isə Katrina şəhərin əhalisində böyük dəyişikliklərə səbəb olub.
Katrinadan öncəki dövrlə müqayisədə şəhərdə 100 min daha az afro-amerikalı yaşayır. Həmçinin şəhərdə 10 min daha az ağdərili yaşayır. Ancaq latino və asiyalıların sayı artıbAllison Player
Katrinadan on il sonra məhv olmağın astanasında olan şəhər artıq dirçəlib.
“On il sonra biz sizə bütün tarix boyu bir şəhərin ən möhtəşəm intibahını göstərməkdən qürur duyuruq.”
Hazırda Nyu Orleans şəhərində Katrinadan öncə ilə müqayisədə 500 daha çox restoran fəaliyyət göstərir. Bizim əhalimiz daha azdır, amma restoranlarımız daha çox.”
Təkmilləşdirlimiş ikfrastrukturu, daha yaxşı məktəbləri və kiçik amma rəngarəng əhalisi ilə şəhər digər sahələrdə də dəyişib.
Nyu Orleansda yerləşən Data Mərkəzində statistik dəyişiklikləri müşahidə edən Allison Player deyir ki, hazırda şəhərin 385 min sakini var. Bu isə 2000-ci illə müqayisədə 100,000 nəfər azdır.
“Katrinadan öncəki dövrlə müqayisədə şəhərdə 100 min daha az afro-amerikalı yaşayır. Həmçinin şəhərdə 10 min daha az ağdərili yaşayır. Ancaq latino və asiyalıların sayı artıb.”
İspandilli latinolar bura Texasdan müvəqqəti olaraq inşaatda işləmək məqsədilə gəliblər, amma çoxu elə burada qalıb.
“Luizianada Katrina qasırğasından sonra evlərin yenidən tikilməsi elə uzun illər aldı ki, sonunda bir çox insan burada məskunlaşdı.”
Yardım etmək üçün gələn könüllü gənclərin çoxu da burada qalıb.
Yeni demoqrafiya bəzi ərazilərdə dəyişib, ancaq Player şəhərin mədəniyyətinin orijinallığının risk altında olmadığını deyir.
“Nyu Orleans Disneylendə və ya Katrinadan əvvəl olduğundan çox fərqli bir yerə çevrilməyib, elə həmin Nyu-Orelansdır.”
Şəhərin rəhbərliyi qarşısında isə dəyişikliyin faydalarını şəhərin bütün sektorlarına gətirmək öhdəliyi durur.