Accessibility links

Nyu-Yorkun bahalı göydələnləri [Video]


Nyu-Yorkun bahalı göydələnləri
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Nyu-Yorkun bahalı göydələnləri

Şəhərdə binalar getdikcə yüksəlir, mənzillərin qiymətləri isə artır

130 milyon və 150 milyon. Bunlar Nyu-York şəhərində çoxmərtəbəli binalarındakı mənzillərin ən son rekord qiymətləridir. Binalar getdikcə yüksəlir, qiymətlər artır, bunlara reaskiya isə daha da qızğınlaşır.

Manhattanın mərkəzində ümumilikdə 12 çoxmərtəbəli yaşayış binaları inşa edilir. Onların çoxu bir küçədə, yəni 57-ci küçədə yerləşir.

Bizim çoxlu xarici alıcılarımız var və onlar Nyu-Yorku yüksək dəyərləndirirlər. Onlar hələ də Nyu-Yorku digər şəhərlərlə müqayisədə daha ucuz təsvir edirlər və şəhərin daha çox inkişaf edəcəyini düşünürlər

Hər bir yeni çoxmərtəbəli binanın mənzili fərqli qiymətə satılır. 30-40 milyon dollarlıq lüks mənzil almaq, hansında kı heç vaxt heç kəs yaşamayacaq adi bir hala çevrilib. New-York Times qəzetinin yeni hesabatına əsasən bu mənzillərin çoxuna maliyyə manevrlərində işlənən fəaliyyət göstərməyən şirkətlər sahibdir. ABŞ-da bir sıra xarici investoru təmsil edən vəkil Edvard Mermelstin bunun problem olmadığını deyir. O, Nyu-York şəhərini sövdə adlandırır və deyir ki, onun müştəriləri nağd pul verib burada ev almaq istəyirlər.

“Bizim çoxlu xarici alıcılarımız var və onlar Nyu-Yorku yüksək dəyərləndirirlər. Onlar hələ də Nyu-Yorku digər şəhərlərlə müqayisədə daha ucuz təsvir edirlər və şəhərin daha çox inkişaf edəcəyini düşünürlər.”

Memarlıq tənqidçisi Pol Qoldberger bu fikirlə razılaşır. Ancaq o, Nyu-Yorkdakı qiyabi sahibkarlığın mənfi cəhətlərin də görür.

“Onlar mənfəət vergisi ödəmirlər, çünki onların yaşayış yerləri bura deyil. Onlar hətta əksər hallarda əmlak vergisi də ödəmirlər.” “Bundan əlavə bizim abadlıq qanunvericiliyimzdə boşluqlar mövcuddur ki, bunların nəticəsində bu cür hündür binalar ictimai rəy olmadan tikilirlər.”

Yerli icma idarə heyətinin son iclasında abadlıq mövzusu ən çox müzakirə olunan məsələ olub. İdarə heyəti şəhərin abadlıq qanunlarında dəyişiklərin olunmasını istəyir və “Göydələn mühafizə hasarlarını” ictimaiyyət üçün problem adlandırıb.

İdarə heyətinin üzvü Layla Lau-Gisiko:

“Bu binalar Central Parkın üzərinə böyük kölgələr salacaq. Məsələ isə ondadır ki, biz təkcə bir binadan danışmırıq. Söhbət Manhattan-ın dar küçəsində inşası nəzərdə tutlan 12 binadan gedir.”

Bu binalar Central Parkın üzərinə böyük kölgələr salacaq. Məsələ isə ondadır ki, biz təkcə bir binadan danışmırıq. Söhbət Manhattan-ın dar küçəsində inşası nəzərdə tutlan 12 binadan gedir

“Bu deməkdir ki, qışda gündüzlər o dərəcə soyuq olacaq ki, insanlar artıq parkdan istifadə edə bilməyəcəklər.”

İnşaatçılar danışmırlar. Onlar sadəcə inşa edirlər. Onların planlarına Qərb yarımkürəsinin ən yüksək 433 metr hündürlüyü olan binanın inşası daxildir ki, bu da 57-ci küçədə nəzərdə tutulub və bu küçə artıq “Milyarderlər Cərgəsi” adlanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG