Accessibility links

Koronavirusun Nyu-Yorkda aprel ayının əvvəlində zirvəyə çatacağı barədə xəbərdarlıq edilib


Nyu-Yorkun qubernatoru çərşənbə günü koronavirus epidemiyasının 19.5 milyon əhalisi olan ştatında gözlənildiyindən daha tez, aprel ayının əvvəlində zirvəyə çatacağı barədə xəbərdarlıq edib.

Qubernator Endryu Kuomo jurnalistlərə açıqlamasında yeni yoluxma hallarının sayının hər üç gündə iki dəfə artdığını deyib. "Bu, kəskin bir artımdır" - deyə, o bildirib.

Hazırda bütün ştat boyu koronavirusa 25.000-dən çox insan yoluxub ki, bu da Birləşmişl Ştatlarda COVID-19-a yoluxanların yarısından coxu deməkdir.

Kuomo virusun yayılmasının qarşısını almaq üçün müəssisələrin bağlanması kimi kəskin tədbirlərə baxmayaraq, virus yayılma sürətinin öz-özünə artdığını deyib.

"Biz buna ölkəyə gələn yük qatarına baxan kimi baxırdıq. Artıq biz buna bir güllə qatarı kimi baxırıq, çünki yoluxanların sayı sürətlə artır", Kuomo bir mütəxəssisin ona belə izah etdiyini deyib.

Qubernator jurnalistlərlə Nyu-Yorkdakı Cakob Javits Konqres Mərkəzində görüşüb. Adətən, ticarət şoularına və ComicCon kimi illik tədbirlərə ev sahibliyi edən kompleks hazırda hərəsi 250 yataqlı 4 xəstəxanaya çevrilib.

Kuomo bu yardımı məmnuniyyətlə qəbul etdiyini bildirib, lakin ştatın əvvəlcədən proqnozlaşdırdığından daha çox xəstəxana çarpayısına ehtiyacı olacağı barədə xəbərdarlıq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG