Accessibility links

Əhməd Xan Rahamiyə qarşı qətlə cəhddə beş maddə üzrə ittihamlar irəli sürülüb


Nyu-York şəhərində 29 nəfərin yaralanması ilə nəticələnmiş hücumdan sonra polislə atışma nəticəsində özü yaralanan şübhəli xəstəxanada müalicə edilir.

Prokurorlar yüngül yaralanan iki polislə atışma da daxil olmaqla, 28 yaşlı Əhməd Xan Rahamiyə qarşı qətlə cəhddə beş maddə üzrə ittihamlar irəli sürüb.

Rahaminin foto-şəkli Nyu-York polisi tərəfindən yayıldıqdan sonra o, Nyu-Cersi ştatının Linden şəhərində həbs edilib.

Təhqiqatçılar onun Manhattanda Çelsi məhəlləsində partlayış baş verən yerdə və ikinci bombanın yerləşdirildiyi digər rayonda kameraya düşdüyünü bildirib. İkinci partlayıcı qurğu partlaya bilməsindən bir qədər əvvəl aşkar edilib.

Digər bombalar bazar günü səhər Nyu-Cersinin Elizabet şəhərində dəmir-yolu stansiyasında zibil yeşiyindən tapılıb. Bombalardan biri robot bombaları zərərsizləşdirən zaman partlayıb.

Federal Təhqiqatlar Bürosu Rahamini şənbə günü səhər Nyu Cersidə dənizkənarı parkda aşkar edilmiş digər bir bomba ilə əlaqədar da sorğu-sual etmək istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG