Accessibility links

Nyu-Yorkda Şükranlıq günü münasibətilə ənənəvi parad keçirilir



ABŞ-ın şərq bölgələrində pis hava şəraiti Macy’s ticarət şirkətinin hər il Nyu-Yorkda keçirdiyi ənənəvi Şükranlıq paradına mane ola bilməyib.

Nyu-York şəhər polisinin rəsmiləri parad zamanı hər il olduğu kimi bu il də nəhəng şarların uçurulacağına inandığını bildiriblər.

Macy’s ticarət evinin Şükranlıq günü münasibətilə paradı artıq 78 ildir keçirilir.

Nyu-Yorkun Manhattan hissəsində yürüş zamanı 15 nəhəng şar uçurulur. Pis hava şəraiti paradın gedişi zamanı nəhəng şarlar uçurulmasına yalnız bir dəfə, 1971-ci ildə mane olub.
XS
SM
MD
LG