Accessibility links

Nyu Yorklular koronavirus səbəbindən köç edirlər


Nyu Yorklular koronavirus səbəbindən köç edirlər
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Amerika nəqliyyat şirkətlərinin son məlumatları göstərir ki, keçən il ölkənin ən çox əhalisi olan 30 şəhərində COVID-19 pandemiyası səbəbindən şəhəri tərk edənlər gələnlərdən çox olub.

Nyu York ştatında əhalisi təxminən 1500 nəfər olan kiçik bir fermer şəhərciyi Ankram Nyu York şəhərindən şimala doğru iki saatlıq məsafədədir.

Ankram beynəlxalq supermodel Saskiya de Brauvu, niderlandlı fotoqraf və kinorejissor Vinsent van de Vaynqaard və onların dörd yaşındakı qızı Lunanı görməyi gözlədiyiniz ilk yer olmaya bilər. Amma....

“Burada həyat pis deyil. Yer çoxdur. Gözəl məhsul əldə edirsiniz, buna görə həyat keyfiyyəti olduqca heyrətamizdir” – deyə, fotoqraf və film rejissoru Vinsent van de Vaynqaard bildirib.

Bura onların gözlədikləri yer deyildi və Bruklindəki mənzillərindən tamamilə fərqlidir.

“Gözəl həyat idi. Hər şey yaxşı təşkil olunmuşdu. Qızım çox da uzaqda olmayan məktəbə gedirdi və orada onun dostları, gözəl mühit var idi” – deyə, o bildirib.

Koronavirus pandemiyası bunu dəyişdirdi.

"Hər şeyin tez bir zamanda geridə qalacağını düşünürdük və bu baş vermədi" – deyə, Vinsent qeyd edir.

İnfeksiya Nyu-Yorkda yayıldığı zaman ailə mənzillərində qalmağa məcbur oldu və onlar şəhərdən kənar yerləri nəzərdən keçirməyə başladılar və ştatın bu ucqar yerində bu kiçik evi şəxsən gəlib görmədən aldılar.

"Nyu Yorkluların böyük bir hissəsinin bu fürsətdən istifadə edərək, geniş sahələr olan başqa yerlərdə tək olmaq, özlərini və ailələrini qoruya bilmək üçün başqaları ilə sıx yaşayışdan uzaqlaşdıqlarını gördük" – deyə, daşınmaz əmlak agenti Camil Harrison bildirib.

Eyni zamanda, pandemiya səbəbi ilə Nyu York şəhərində ev qiymətləri 15-20% düşüb və aşağı gəlirli insanların ən zəngin Manhettan məhəllələrinə köçmələrinə imkan verib.

"Kirayələr, əl çatımlılıq böhranının bir hissəsini yüngülləşdirən bir şəkildə düşdü" – deyə NYU Schack Daşınmaz Əmlak İnstitutundan Sem Çendan bildirib.

Bu məhəllələrdə orta əmək haqqı 140 min dollardan 82 min dollara düşüb və iqtisadçılar yeni gələnlərin gəlirlərinin şəhərdən gedənlərə nisbətən 40 faiz az olduğunu deyir.

Bütün bunlara baxmayaq çoxları sakinlərin pandemiya zəiflədikcə daha aşağı qiymətlərə görə Nyu York və digər şəhərlərə qayıdacağını düşünür.

"Balans bir qədər dəyişsə də, bunu şəhər əhalisinin köçməsi kimi qələmə vermək açıq şəkildə şişirdilmişdir" – deyə, Sem əlavə edib.

Daşınmaz əmlak agentləri COVID peyvəndlərinin mövcudluğunun artıq mənzil bazarına təsir göstərdiyini deyir.

“İnsanların Nyu-Yorka qayıtmağa hazır olduqlarını görürəm. Onlar bunu bir fürsət olaraq görür. Alıcı mövqeyində olanlar, həqiqətən çox əlverilşli sövdələr əldə edirlər” – deyə, Camil Harisson qeyd edib.

Vinsent və Saskiya hələ şəhər kənarında yaşamaqdan imtina etməyə hazır deyillər, amma eyni zamanda Bruklinin cazibəsini də hiss edirlər.

"Biz şəhərin xüsusi bir şey təklif edə biləcəyini hiss edirik və düşünürəm ki, ştatın şimalında altı ay müddətdən sonra darıxmağa başlamışıq" – deyə, Vinsent bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG