Accessibility links

Barak Obama büdcə kəsiri və vergilərin ixtisarını nəzərdə tutan planla bağlı bəyanat verəcək


ABŞ prezidenti Barak Obama bu gün büdcə kəsiri,vergilərin ixtisarını nəzərdə tutan və müddəti ilin sonunda başa çatan planla bağlı bəyanat verəcək.

Ağ Evin bildirdiyinə görə, Obama Nümayəndələr Palatasının spikeri Con Beynerlə telefon söhbəti aparıb. O, planın həyata keçirilməsinə yol verilməməsini istəyir.

İqtisadçılar bu paketin ABŞ iqtisadiyyatını yenidən tənəzzülə uğradacağı barədə xəbərdarlıqla çıxış edir.

Barak Obama 250 min dollardan artıq illik gəliri olan amerikalıların daha yüksək vergi ödəməsi planını nəzərdən keçirir. Plan Beyner və onun respublikaçı tərəfdarlarının kəskin narazılığı ilə üzləşib. Lakin Beyner müxbirlərlə söhbəti zamanı hökumətin təkliflərinin bəzi müddəalarına etiraz etmədiyini deyib. Bunlara Sosial Təminat və Medicare adlnan tibbi yardım proqramı daxildir.

Senatın demokrat lideri Herri Reyd isə Sosial Təminat proqramına toxunulmamalı olduğunu bildirir.

Xatırladaq ki, prezident və NP-nın spikeri arasında bu kimi müzakirələr ötən il uğusuzluqla bitmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG