Accessibility links

Obama: Amerikanı edamlarla qorxutmaq olmaz


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların ikinci amerikalı jurnalistin edam edilməsi ilə qorxudulmadığını deyib və İslam Dövləti esktremist qrupunu məhv etmək üçün koalisiya yaratmağa söz verib.

Estoniyada müxbirlərlə danışan cənab Obama deyib ki, onları geri çəkilməyə məcbur etmək, Stiven Sotloff və Ceyms Foleyin qətlinə görə məsuliyyəti öz üzərinə götürən qrupa təzyiq göstərmək vaxt tələb edəcək. Stiven Sotloffun edam edildiyi göstərilən video çərşənbə günü açıqlanıb və ABŞ rəsmiləri onun həqiqi olduğunu müəyyən edib.

Cənab Obama deyib ki, qatillər onların məqsədi nə idisə ona çata bilməyiblər, çünki Birləşmiş Ştatlar və dünyanı qorxutmaq mümkün deyil.

ABŞ Dövlət katibi Con Kerri Vaşinqtonda çıxışı zamanı deyib ki, qatilər bilməlidir ki, Birləşmiş Ştatlar onları məsul tutacaq.

ABŞ-ın vitse-prezidenti Co Bayden Birləşmiş Ştatlar Ceyms Foley və Stiven Sotloffun qatillərini, onun sözlərilə, “cəhənnəmin qapılarınadək” təqib edəcək. “Əgər onlar firkirləşir ki, Amerika xalqını qorxuda biləcəklər, onlar bizi yaxşı tanımırlar”-deyə vitse-prezident Co Bayden bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG