Accessibility links

Barak Obamanın səhiyyə islahatları planı təsdiq edildi


ABŞ Ali Məhkəməsi prezident Barak Obamanın səhiyyə islshatları planını təsdiq edib. Plana əsasən 30 milyon sığortasız amerikalı tibbi yardımla təmin ediləcək.

Associated Pres-in məlumatına görə, məhkəmədə Obamanı planının rədd ediləcəyi gözlənilirdi. Obamanın opponetləri islahatları qeyir-konstitusion adlandırır. Onların fikrincə, Konqres heç kimi tibbi slğorta almağa məcbur etməməlidir.

Məhkəmənin qərarı Barak Obamnın böyük qələbəsi və bunun onun yenidən prezident seçilmə şanslarının artması kimi qiymətləndirilir.

Planın uşaqların 26 yaşınadək valideynlərinin sığortasından istifadə etməsi və xroniki xəstələrə sığorta verilməsi kimi bəzi maddələri artıq təsdiq edilib. Lakin əhali arasında islahatlarla bağlı dərin fikir ayrılığı hökm sürür.

ABŞ prezidentliyinə respublikaçı namizəd Mit Romni qərar qəbul edilməzdən bir gün əvvəl demişdi ki, iqtisadi tənəzzül dövründə Obamanın səhiyyəyə diqqət yetirməsi mənəvi səhvdir.

Prezident Obama isə məhkəmənin qərarını bütün amerikalıların qələbəsi adlandırırb.
XS
SM
MD
LG