Accessibility links

Obama Ukrayna xalqını təbrik edib


ABŞ prezidenti Barak Obama Ukrayna xalqını müvəffəq seçki keçirilməsi münasibətilə təbrik edib. Ağ Evin açıqladığı bəyanatda deyilir:

“Amerika xalqı adından bu gün prezident seçkisində iştirak etməklə səsləri eşidilən Ukrayna xalqını təbrik edirəm. Təxribat və zorakılığa baxmayaraq, milyonlarla ukraynalı ölkənin hər yerində səsvermə məntəqələrinə getdi. Hətta Ukraynanın şərqində, Rusiyanın dəstəklədiyi separatçıların bütöv regionlarda insanları səsvermə hüququndan məhrum etməyə çalışdığı bir sıra yerlərdə də bəzi cəsarətli ukraynanlılar səsvermə bülletenlərini qutulara sala bildi. Biz səsvermədə iştirak edənlərin cəsarəti və eyni zamanda Ukrayna hökumətinin təhlükələr qarşısında bu seçkinin keçirilməsi üçün səylərinə yüksək qiymət veririk.

Son bir neçə ayda Ukrayna xalqı heç bir müdaxilə olmadan öz liderini seçmək, eləcə də öz gələcəyini zorakılıq və qorxu olmadan müəyyən etməyə imkan verən demokratik sistemdə yaşamaq istəyini dəfələrlə nümayiş etdirib.

Bu seçki Ukrayna hökumətinin ölkəni birləşdirmək və bütün vətədanşlarla onların qayğılarının ünvanlanması və istəklərinin qarşılanmasl üçün dialoq aparmaq səyləri istiqamətində irəliyə doğru daha bir mühüm addımdır.

Birləşmiş Ştatlar Ukraynanın vacib siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün səylərinə dəstək vermək məqsədilə növbəti prezident, eləcə də demokratik seçilmiş parlamentlə işləyəcəyini gözləyir. Biz həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlyünü dəstəkləməyə davam edirik, Rusiyanın işğalı və Krımı ilhaq etməsini qınayır və qəbul etmirik. Biz eyni zamanda, münaqişənin dinc yolla həllinə nail olmaq üçün Ukrayna və digər tərəfdaşlarla işləməyə dair təəhhüdümüzə sadiq qalırıq.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG