Accessibility links

Tramp Obamacare kimi tanınan sağlamlıq sığortasını dərhal ləğv edəcək


Donald Tramp Obamacare kimi tanınan sağlamlıq sığortasını dərhal ləğv edib, onu başqası ilə əvəz edəcəyini bildirib.

O, CBS-TV-yə müsahibəsi zamanı daha az pula daha yaxşı sığorta təklif edəcəyini deyib.

Obamacare-in tənqidçisi olan Tramp hazırkı planda olan iki şərti- ailələri ilə yaşayan 26 yaşınadək uşaqarın sığorta ilə təmin edilməsi və xəsrəliyinə görə sığorta verilməməsinin yaqsaqlanmasını saxlayacağını bildirib.

Tramp bundan əlavə sosial medianın təmas üçün ən yaxşı vasitə olduğunu deyib. "Mən deyə bilmərəm ki, sosial mediadan çox xoşum gəlir, amma 28 milyon tərəfdarıma səsimi çatdırmaq üçün bu yaxşı vasitədir"- deyə o bildirib.

Sosial medianın ona prezident seçkilərində yardım etdiyini deyən Tramp bildirib ki, onlar kampaniyalara məndən çox pul xərcləyib, lakin medianın gücü daha böyükdür.

Prezident seçilən Tramp kampaniyaları zamanı sosial mediadan geniş istifadə edib. Lakin indi o, Ağ Evdə bundan ya az, ya da heç istifadə etməyəcəyini deyib.

​Tramp 2-3 milyon sənədsiz mühaciri ölkədən deportasiya edəcəyini deyib. O, kampaniyaları zamanı verdiyi Meksika sərhədlərində divar tikiləcəyi vədinə əməl edəcəyini bildirib.

Tramp Amerikada 11 milyon qanunsuz miqrantın yaşadığını vurğulayaraq, sərhədlərin möhkəmləndirilməsindən sonra hökumətinin qalanları ilə nə ediləcəyinə qərar verəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG