Accessibility links

Olimpiya Oyunları koronavirusa yoluxma hallarındakı artıma rəğmən keçiriləcək


Olimpiya Oyunları koronavirusa yoluxma hallarındakı artıma rəğmən keçiriləcək
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Olimpiya Oyunlarının rəsmiləri Yaponiyada koronavirusa yoluxma hallarının artması fonunda oyunlarda tamaşaçıların iştirakını qadağan edib. Təşkilatçılar uzun zamandır Olimpiya Oyunlarını keçirəcəklərini desələr də, ekspertlər bildirir ki, onlar virusun yoluxucu delta ştammı səbəbilə oyunları təxirə salmalıdırlar.

Tokio Olimpiya məşəlinin ötürülməsi mərasimi heç bir tamaşacı olmadan və atletlər şəhərin ümumi küçələrində qaçmadan keçirildi. Olimpiya Oyunları da heç bir tamaşaçı olmadan keçiriləcək.

Erik Feiql-Dinq epidemioloq və Amerika Alimləri Federasiyasının baş elmi işçisidir. O, Amerikanın Səsinə bildirib ki, koronavirusun ən yeni mutasiyası Olimpiya Oyunlarının şüarına uyğundur.

“Bu virus, xüsusilə də delta ştammı bizim bu pandemiya dövrünə üzləşdiyimiz ən böyük təhlükədir. O hər baxımdan daha sürətlidir. Olimpiya oyunlarının şüarı Citius, Altius Fortius delta variantına şamil olunur.”

Beynəlxalq Olimpiya Komitəsinin vebsaytında bildilir ki, Latın dilindəki bu şüar daha sürətli, daha yüksək, daha güclü deməkdir və bu sözlər atletləri əllərindən gələnin ən yaxşısını etməyə təşviq edir. Koronavirus baxımından isə bu sözlər Yaponiyada son aylarda ən yüksək yoluxma hallarını əks etdirir.

Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax deyir ki, tamaşaçıların olmaması Olimpiya Oyunlarının məğzini dəyişir.

“Biz tamaşaçıların olmasına icazə verməmək qərarına tamaşaçılara, amma daha da çox Olimpiya Oyunlarının ab-havasını yaşamayacaq atletlərə görə təəssüflənirik. Amma məncə atletlər üçün hissiyat fərqli olacaq, çünki onlar biləcək ki, dünya boyu milyardlarla insanın ürəyindədirlər, onlar onları dəstəkləyir və onlarla eyni hissləri keçirirlər,” o deyir.

Bax deyir ki, atletlər xüsusi anlarını televiziya izləyiciləri ilə bölüşəcəklər, Feiql-Dinq isə deyir ki, onlar Olimpiya Oyunları zamanı və oyunlardan sonra təhlükəsizlik tədbirlərini izləyicilərlə bölüşməlidirlər.

“Mən Olimpiya Oyunlarının təşkilatçılarına deyərdim ki, onların borcu insanları idman naminə bir araya gətirmək deyil, insanları təhlükəsiz bir şəkildə bir araya gətirmək və dünyanı qorumaqdır,” o deyir.

Tokioda hazırda fövqəladə vəziyyət elan olunub və bu hal Olmipiya Oyunları müddətində də davam edəcək. Oyunların açılış mərasimi oyulun 23-də keçiriləcək.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG